• $
  • €
  • ₽
  • ₺
  • £

Narkoşəbəkə ifşa olundu: Biləsuvarda başlayan əməliyyat Şəkidə bitdi

Narkoşəbəkə ifşa olundu: Biləsuvarda başlayan əməliyyat Şəkidə bitdi
04.05.2019 12:32
Mayın 3-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 fakt üzrə çəkisi 11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.


Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunan Aqşin Bədəlovdan 8 kiloqram 220 qram tiryək, 130 qram həşiş və 230,55 qram metamfetamin götürülüb.


Əldə edilən məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Anar İsmayılovda 0,672 qram marixuana aşkarlanıb.


Araşdırmalarla A.İsmayılova narkotik vasitəni satmış həmyerlisi Kamil Hüseynov da saxlanılmışdır. Evinə baxış zamanı oradan 2 kiloqram 11,671 qram marixuana götürülüb.


Daxil olan məlumat əsasında Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məhərrəmov saxlanılıb, 450 qram marixuana aşkar edilib.


Əldə edilən məlumat əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Vahidovun evinə baxış zamanı 306,7 qram marixuana aşkar edilərək götürülüb.


Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.


Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol