• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV diktorlarla bağlı məsələyə münasibət bildirdi

AzTV diktorlarla bağlı məsələyə münasibət bildirdi
04.05.2019 13:16
Azərbaycan Televizya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) vaxtı ilə qurumda çalışmış tanınmış diktorların televizyaya qayıtması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 
Dövlət Televizyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov "Report”un sorğusuna cavab olaraq, uzun müddət dövlət televizyasında çalışmış təcrübəli diktorların yenidən televiziyaya qayıtmasının sosial mediada geniş müzakirəyə səbəb olması, ictimaiyyətin sözügedən təşəbbüsü təqdir etməsini xatırladaraq bildirib ki, atılan bu addım AzTV-nin hələ də öz tarixinə, peşəkar ənənələrə sadiq qaldığını nümayiş etdirir. 
 
Televiziya rəsmisi qeyd edib ki, millilik, milli dəyər və prinsiplər üzərində qurulan bu yol bundan sonra da davam etdiriləcək: "Lakin təəssüf ki, bəzi şəxslər hər zaman olduğu kimi, bu məsələni də başqa aspektdən təhlil etməyə üstünlük verdilər. Belə ki, söhbət bəzi xəbər saytlarının yaydığı kimi diktorların işə çağırılmasından və ya onların işə götürülməsindən, efirə çıxarılmasından getmir. Qeyd etdiyimiz kimi, məsələ ilk növbədə diktorlarımızın televiziya ilə sıx əlaqəsinə nail olmaq, onların zəngin təcrübəsindən faydalanmaq, ən nəhayət, onlara diqqət və qayğı göstərməkdir. Ömürlərini yaradıcılığa, diktorluğa həsr etmiş bu insanlar televiziya ilə yaşayır. Onların bəzilərinin AzTV-dən kənar qalması, incik düşməsi yolverilməz idi. Efir məsələsinə gəlincə, bəzi diktorlarımız bu gün də AzTV, Mədəniyyət, İdman Azərbaycan kanallarında və radiosunda çalışır, verilişlər aparır və onların müəllifi, aparıcısı olduğu verilişlər bu gün də sevilir, geniş ictimaiyyət tərəfindən qəbul olunur, o cümlədən təqdir edilir. Bir sözlə, söhbət, bir daha qeyd edək ki, kiminsə işə götürülməsindən, işə çağırılmasından və ya efirə çıxarılmasından deyil, sağlam münasibət, sağlam əməkdaşlıq və zəngin təcrübədən faydalanmaqdan gedir.
 
Təbii ki, yeni layihə də istisna deyil. Odur ki, diktorlarla görüşdə yeni layihənin də müzakirəsi aparılıb. Hələlik detallar barədə açıqlama vermək istəməzdik, amma onu deyə bilərik ki, yeni mövsümdən tamaşaçılar qocaman diktorlarımızın aparıcılığı və iştirakı ilə tam fərqli, tarixlə müasirliyin sintezindən ibarət maraqlı veriliş izləmək imkanı əldə edəcəklər. Söhbət xəbər və ya analitik xarakterli verilişdən deyil, səmimi mövzular üzərində qurulan layihədən gedir”.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol