Nazirlikdən bu şəxslərə vacib xəbərdarlıq: bunları etməsəniz...

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti yaylaq mövsümü ilə bağlı xəbərdarlıq edib.
Heyvanlar yaylaqlara aparılarkən çalışmaq lazımdır ki, onların sağlamlığı pozulmasın və qısa müddətdə təyin olunmuş yerə çatdırılsın, habelə heyvanlar arasında tələfat baş verməsin. Bunun üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:
-xəstə və arıq heyvanların sağlamlarla birlikdə köçürülməsinə yol verilməməlidir;
-köçürüləcək heyvanlar əvvəlcə klinik müayinədən keçirilməli, lazımi baytarlıq-sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır;
-köçə hazır olmayan arıq, axsaq, qoca heyvanlar seçilərək sürüdən ayrılmalıdır;
-köç yolunda baş vermiş infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülməli, yolda xəstə heyvanların sağlam heyvanlar ilə bir yerdə olmasına qəti yol verilməməlidir;
-köçürüləcək sağlam heyvanlar üçün əvvəlcədən həm də yem ehtiyatı yaradılmalıdır;
Heyvanların nəqliyyatsız qısa məsafələrə aparılması və yaylaq-otlaq şəraitinə köçürülməsinə hazırlıq işləri elə təşkil edilməlidir ki, onlar yolda öz çəkilərini və məhsuldarlıqlarını itirməsinlər. Heyvanların şose və torpaq yolu ilə aparılması çobanların bacarığından və iş təcrübəsindən xeyli asılıdır.
Heyvanları köçürməzdən əvvəl epizootik yol marşrutu müəyyən edilir. Heyvanlar ancaq əvvəlcədən müəyyən edilmiş marşrutla hərəkət edir, yoxlamaq və ya istirahət vermək üçün müəyyən məntəqələrdə saxlanır. Köç marşrutu, dincəlmə məntəqələri baytar işçiləri və ərazi icra nümayəndələri tərəfindən təyin edilir. Dincəlmə məntəqələrində heyvanlar gecələyir, istirahət edir, suvarılır, yemlənir və baytarlıq müayinəsindən keçirilir. Yolda köçürülən heyvanların başqa heyvanlarla qarışmasına yol verilməməlidir.
Heyvanların aparıldığı istiqamətdəki yol və dincəlmə məntəqələri yoluxucu və invazion xəstəliklərinə görə sağlam olmalıdır. Yolda xəstəlik və ya ölüm hadisəsi olduqda baytar həkimi çağırılmalı və müvafiq mübarizə tədbirləri görülməlidir.
Yay fəslinin isti günlərində heyvanlar səhər tezdən və axşam çağı (yəni sərin düşəndə), bir yerdən başqa yerə aparılmaq üçün hərəkət etdirilməlidir. Günün qızmar vaxtında (günorta) isə sərin kölgəlikdə saxlanmalıdır.
Bir yerdən başqa yerə aparılan sürü və ya ilxı müvafiq avadanlıqla (vedrə, bağlama vasitələri, qoşqu ləvazimatları, balta və s.), nəqliyyatla (avtomobil, araba) və duzla, ilk baytarlıq yardımı üçün dərman vasitələri ilə təmin edilməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























