“Azərbaycanda dövlət hesabına fəaliyyət göstərən bütün rusdilli məktəblər bağlanılmalıdır”

Faiq Ələkbərli: "Rusdilli məktəblər yalnız ödənişli əsaslarla fəaliyyət göstərə bilər”
Ukrayna prezidenti Petro Poroşenko Ali Radada qəbul edilmiş Ukrayna dilinin xüsusi istifadəsi haqqında qanunu imzalayacağını açıqlayıb. Dövlət başçısı bu haqda bir neçə gün əvvəl Lvov vilayətinə səfərinin gedişatında bildirib.
O vurğulayıb ki, bu qanun ölkədə mövcud olan başqa qanunlara qarşı yönəlməyib, Ukrayna dilinin müdafiəsinə yönəlib.
Xatırladaq ki, aprelin 25-də Ukrayna parlamenti dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri və ölkə xəstəxanalarında Ukrayna dilinin məcburi istifadəsi haqqında qanunu qəbul edib. Qanun dilin tətbiq edilməsinin məcburiliyini yalnız şəxsi ünsiyyət və dini ritualların icrasında istisna edib.
Ekspertlər isə hesab edirlər ki, yeni qanun rus dilinin sıradan çıxarılmasına xidmət edir.
Bu barədə Zelenskinin mətbuat katibi İrina Pobedonostseva məlumat verib.
Ruslarla eyni dil qrupuna daxil olan slavyan xalqlarından biri rus dilindən rəsmən imtina etdiyi halda, əsrlərlə Rusiya imperiyasının məkrli siyasətindən əziyyət çəkən, hazırda da bu imperiyanın basqısını öz üzərində hiss edən Azərbaycanın təhsil naziri Ceyhun Bayramov "Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayır. Ölkəmizdə övladlarına rus dilində təhsil vermək istəyən soydaşlarımızın sayı isə gündən-günə artır.
Bəs dünyada, xüsusilə də possovet ölkələrində vüsət alan rusofobiyaya rəğmən, bizdəki rus sevgisinin, rusofilliyin səbəbi nədir?
Bu suala cavab tapmaq üçün AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərliyə müraciət etmişik.
"Azərbaycan müstəqilliyini bərpa etsə də, Rusiya hələ ölkəmizdən tam əlini çəkməyib”
Faiq Ələkbərli sözügedən mövzu ilə bağlı "Hürriyyət” ə bunları söyləyib:
"Hesab edirəm ki, ölkəmizdə dövlət hesabına fəaliyyət göstərən bütün rusdilli məktəblər birmənalı şəkildə bağlanmalıdır, övladlaını rus dilində oxutmaq istəyən valideynlər isə bunu öz hesabına etməlidir, yəni rusdilli məktəblər yalnız ödənişli əsaslarla fəaliyyət göstərə bilər.
Biz düz iki əsr Çar Rusiyasının, sonra isə Sovet Rusiyasının işğalı altında olmuşuq. Hazırda isə artıq Rusiya Federasiyası Azərbaycan üçün təhlükə mənbəyi olaraq qalmaqdadır.
Bizim dövlət rəhbərliyində bu gün də nəinki rus dilinə, eyni zamanda Rusiyaya rəğbətlə yanaşan qüvvələrin olması bir faktdır, gerçəklikdir. Bu isə onu göstərir ki, Azərbaycan müstəqilliyini bərpa etsə də, Rusiya hələ də Azərbaycandan tam əlini çəkməyib.
Azərbaycan torpaqlarının işğal olunmasında həm Sovet Rusiyasının, həm də bugünkü Rusiya Federasiyasının ciddi əməyi var.
Artıq qeyd etdiyim kimi, bu gün də Rusiya Azərbaycan üçün bir təhlükə mənbəyi olaraq qalır. Ola bilsin, bizdə hələ də rus dilinə, rus mədəniyyətinə və ümumiyyətlə Rusiyaya ilə bağlı bu qədər güzəştlərin olması məhz Rusiya ilə münasibətləri sabit saxlamaq istəyindən irəli gəlir. Əslində bunu qorxaqlıq, cəsarətsizlik də adlandırmaq olar. Zənnimcə, sözügedən məsələdə bunların hamısı var.
Bilmirəm, Azərbaycan hökumətinin iradəsi çatarmı ki, Ukraynada olduğu kimi, rusdilli məktəblərə qadağa qoysun, amma düşünürəm ki, sözügedən qadağa hökmən qoyulmalıdır.
"Zənnimcə, rusdillilik məsələsi Azərbaycanın gələcəyi üçün təhlükəlidir”
Ümumiyyətlə, dövlətimiz Rusiyaya münasibətdə daha qəti və sərt mövqedən çıxış etməlidir. Onsuz da Rusiya nə Qarabağ məsələsində, nə də digər məsələlərdə bizim xeyrimizə bircə addım belə atmayıb, düşünürəm ki, heç atmayacaq da.
Bu gün ölkədə övladlarına rud dilində təhsil verən soydaşlarımız az deyil. Onların əksəriyyəti rud dilinin dünyaya çıxış olduğunu düşünür, rusdilli olmağı yüksək mədəni səviyyə kimi dəyərləndirir.
Biz müstəqil olduğumuzu iddia etdiyimiz halda, Azərbaycanımızın qüzeyində hələ də övladlarımızı rusdilli məktəblərdə oxuduruq, onlara rus mədəniyyətini, rus ədəbiyyatını öyrədirik. Azərbaycanımızın güneyində isə soydaşlarımız fars şovinizminəsinə gərərək öz ana dillərində təhsil almaq üçün mübarizə aparır, işgəncələrə məruz qalır.
Böyük ürək ağrısı ilə qeyd etməliyəm ki, hələ də Azərbaycanımızın qüzeyində rus dili və rus mədəniyyətinin, güneyində isə fars dili və fars mədəniyyətinin hegemonluğu davam edir. Bu isə heç şübhəsiz bizim parçalanmağımızda, birləşə bilməməyimizdə maraqlı olan qüvvələrin xeyrinədir, onların yürütdüyü məkrli siyasətin nəticəsidir.
turkustan.info
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























