Protein kokteylləri ömrü qısaldır – Kişi sağlamlığına 3 zərəri

Orqanizmə həddən artıq protein qəbulu sağlamlıq üçün zərərlidir. Bunu Sidney Universitetinin alimləri elmi təcrübələri ilə sübub ediblər. Onlar əmin olub ki, protein kokteylləri zamanla piylənmə, depressiyaya səbəb olur, ömrü qısaldır.
Anews.az medicina.az-a istinadən bildirir ki, bu gün hətta gənc qızlar və yeniyetmə oğlanlar da qısa müddətə əzələlə artırmaq və gözəl bədənə sahib olmaq üçün trener, şirkət, hətta dietoloqların təklif etdiyi dadlı protein kokteyllərinə hədsiz maraq göstərir, alıb içir.
Kokteyldə olan BCAA zənciri adlanan amin turşusu içərkən birbaşa əzələyə yox, əvvəlcə qana daxil olur və qanda dövr edir. Qanda triptofanla rəqabətə girərək onu dövriyyədən çıxarır. Bu hormon isə xoşbəxtlik hormonudur.
Alimlər laboratoriyada siçanları 2 ay BCAA zülalı ilə qidalandırıblar, siçanlar piylənmədən əziyyət çəkmiş, çoxu isə qısa müddətdə ölmüşdülər.
Bununla da sübut olunub ki, proteinlərlə qidalanma aminturşu balansını pozur, bir çox səbəblərdən insanın ömrünü qısaldır və erkən ölümə səbəb olur.
Onlar məsləhət görür ki, kişilər, gənclər belə kokteylləri qəbul edəndə digər vacib qidaları da yeməli, xüsusən karbohidratları unutmamalıdır. Yaxşı olar ki, belə kokteyllərə çox aludə olmayasız.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























