"İnsanların başını da, ayağını da, bədənini də şaqqalayırlar ?" - Ələsgər Məmmədli 130 ağacın kəsilməsindən danışdı

Bakının Xətai rayonunda 130 ağac kəsilib, bu barədə Anews.az-a tanınmış hüquqşunas Ələsgər Məmmədli məlumat verib.
"Mən bir vətəndaş kimi, hüqüqşunas kimi, prosesləri izləyən insan kimi hadisələrə bu qədər diqqətsiz qalınmasına çox üzülürəm. Bakı kimi yerdə, çox az ağac yetişir və çox ağacı da məhv edirik. Bu gün mövcud olan ağacları da bizim nəsil yox, bizdən öncəki nəslin əkdikləridir. Biz isə bir gecənin içində 130 ağacı, böyük bir yaşıllıq zolağını qeyri-insasi şəkildə yox etmək və bunu hansisa irəlidə betonlaşma üçün zəmin hazırlamaq və buna bütün əlaqəli qurumların göz yumması toplumun faciəsidir", - deyərək Ələsgər Məmmdəli qeyd edib.
O, həmçinin Ekoloqiya və Təbii Sərvətlər Nazirliyininin məsələyə yetəri qədər diqqətli yanaşmadığını da bildirib.
"Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi bu məlumatı alan kimi dərhal araşdırmaya başlamır, cəmiyyətə elan eləmir. Niyə polis demir ki, gecə bu 130 ağacı kəsmək bir saatın, bir dəqiqənin işi deyil? Hərəsinə ortalama 10 dəqiqə sərf edilsə bu toplam 21 saat deməkdir. Bunların hamısını polis görməyibsə onda bu polis nə iş görür? Bakı şəhər İcra Hakimiyyəti, Xətai rayon İcra Hamiyyəti ərazilərində baş verən və bilavasitə onların səlahiyyətində olan yaşıllaşdırılma hadisəsi baş verirsə buna necə laqeyit qala bilirlər? Bunlar çox ciddi şəkildə qanunların bəlli bir qrupa işləyib bəlli bir qrupu ümumiyyətlə vecinə olmadığını göstərir. Bu ölkənin hakimiyyətinə qarşı sabotajdır. Vaxti ilə Heydər Əliyev deyib ki, "bir ağac kəsən, mənim qolumu kəsir". Belə başa düşürəm ki, insanların başını da, ayağını da, bədənini də şaqqalayırlar. Belə olmaz axı. Biz bu oksigen mənbəyimizi qorumasaq, gələcəyimizə normal miras qoymasaq,o zaman burada yaşamağa haqqımız yoxdur. Hər şeyi pul üzərindən düşünmək dogru deyil".
Ələsgər Məmmədli ağacları kəsən şəxslərin mütləq şəkildə cəzalandırlılmasını da qeyd edib:
"Bir an öncə rəsmi strukturlar öz funksiyalarını icra etməlidir. O ağacları kim kəsibsə, o cəmiyyət önünə çıxarılmalı və ən ağır cəzanı almalıdır. Eyni zamanda o ağacları kəsənləri və kəstirənləri, hər kimlərdirsə təzədən ondan daha minlərcə qat çox ağac əktirmək zərurəti qoyulmalıdır".
Ölkədə kütləvi şəkildə agacların kəsilməsi halları günü gündən çoxalır. Bu hadisə dəfələrlə media tərəfindən gündəmə gətirilsə də ciddi nəticə əldə olunmayıb.
M.Q
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























