• $
  • €
  • ₽
  • ₺
  • £

"Bandotdel" əməliyyat keçirdi - "Tapança Adil" tutuldu

"Bandotdel" əməliyyat keçirdi - "Tapança Adil" tutuldu
06.05.2019 12:56
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, Baş İdarəyə paytaxt sakini "Tapança Adil” ləqəbli Adil Kəngərlinin qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs Xətai rayonu General Mehmandarov küçəsində saxlanılıb. Onun yaşadığı mənzildən sandıqçasında 6 ədəd patron olan "Makarov” markalı tapança və 1 ədəd metal dəyənək aşkar olunaraq götürülüb.

Qeyd edək ki, A.Kəngərli indiyə qədər Cinayət Məcəlləsinin oğurluq, quldurluq, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama maddələri ilə dəfələrlə məhkum olunub. Onun barəsində Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. A.Kəngərli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol