• $
  • €
  • ₽
  • ₺
  • £

Xurma bu il də bahalaşdı - İşbazlar iş başında

Xurma bu il də bahalaşdı - İşbazlar iş başında
06.05.2019 20:00
Müqəddəs Ramazan ayı başlayar-başlamaz mağazalarda xurmanın qiymətində bahalaşma müşahidə edilir. Əslində, bu, Azərbaycanda yazılmamış qanunlardandır. Yeni il qabağı bütün ərzaqlar, Novruz ərəfəsi xüsusən çərəzlər, Ramazan ayında xurma, Qurban bayramında isə mal-qaranın qiymətində artım qeydə alınır. 


Bəs bu artımların iqtisadi əsası varmı? Xurmanın bahalaşma səbəbi nədir?


Oxu.Az məsələ ilə əlaqədar iqtiadçı, ekspert Vüqar Bayramovla əlaqə saxlayıb. 


Ekspert xurmanın qiymətinin süni şəkildə bahalaşdığını, işbazların vəziyyətdən istifadə etdiyini deyib:


"Apardığımız monitorinqlər onu göstərir ki, hər hansı bayram ərəfəsində və ya müqəddəs ay başlayan zaman həmin ayda ən çox istifadə edilən məhsulların qiymətində artımlar müşahidə edilir. Güman edilir ki, xurmanın qiymətində artımların müşahidə edilməsi Ramazan ayı ilə əlaqədardır. 


Çox təəssüf ki, iş adamları hətta müqəddəs aylarda belə daha çox gəlir əldə etməyə çalışırlar. Halbuki inkişaf etmiş ölkələrin əksəriyyətində, xüsusən ABŞ-da xüsusi bayramlarda daha çox istifadə edilən məhsulların qiymətləri aşağı salınır. Burada əsas məqsəd məhsulların bütün ailələr tərəfindən alına bilinməsidir. 


Təəssüf ki, Azərbaycanda sahibkarlar faktiki olaraq, bayramlar ərəfəsində daha çox istifadə edilən məhsulların qiymətini artırırlar. Novruz bayramında da bunu müşahidə etdik. İndi Ramazan ayının gəlişi ilə əlaqədar xurmanın qiyməti artırılıb. Təəssüf ki, süni şəkildə sahibkarlar gəlir əldə etmək məqsədilə qiymətləri artırırlar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol