• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda narkotacirlər tutuldu

Bakıda narkotacirlər tutuldu
06.05.2019 20:30
Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.


Daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvəllər dəfələrlə məhkum olunan Zaxar Şamilov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,514 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Z.Şamilov ifadəsində narkotik vasitəni Nizami adlı şəxsdən aldığını bildirib.


İdarə əməkdaşları tərəfindən keçirilən əlavə əməliyyat zamanı həmin şəxs, Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan Nizami İsmayılov da tutularaq istintaqa təqdim edilib.


Onun idarə etdiyi "Mersedes” markalı avtomobilə baxış zamanı 1 kiloqram 150 qram narkotik vasitə heroin və 10 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib. N.İsmayılov Z.Şamilovla bir müddət əvvəl tanış olduğunu və onun vasitəsi ilə narkotik maddələrin aludəçisi olduğunu bildirib.


Araşdırma zamanı müəyyən edilib ki, N.İsmayılov Z.Şamilovla birlikdə satış məqsədi ilə İrandan Azərbaycana narkotik vasitələr gətirib. Amma sonuncu dəfə onların qarşısı polislər tərəfindən alınıb.


Faktla Binəqədi RPİ-nin İstintaq Şöbəsində hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol