• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzəri çirkləndirən obyektlər bağlanacaq - Nazirlikdən son xəbərdarlıq

Xəzəri çirkləndirən obyektlər bağlanacaq - Nazirlikdən son xəbərdarlıq
07.05.2019 18:00
Xəzər dənizinin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə, onların fəaliyyətinin dayandırılması ilə bağlı tərəfimizdən aidiyyəti üzrə vəsatət qaldırılacaq.


Çünki bunun digər alternativi yoxdur. Tərəfimizdən dəfələrlə edilmiş xəbərdarlıqlara, bildirişlərə və ünvanlanmış məktublara əhəmiyyət verməyənlərə qarşı artıq bu addımı atmaq məcburiyyətində qalacağıq.


Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qənbərov bildirib.


"Xəzər dənizinin şimaldan cənubadək sahil zolağında, xüsusən də Abşeron yarımadasında aparılan monitorinq və təhlillərin nəticəsi göstərir ki, ətraf mühiti, su hövzələrini, o cümlədən Xəzər dənizini ən çox quruda neft hasilatını həyata keçirən əməliyyat şirkətləri, müəssisə və obyektlər çirkləndirir.


Birmənalı olaraq bildiririk ki, Xəzərin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə, tərəfimizdən onların fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti üzrə vəsatət qaldırılacaq”, - nazirlik nümayəndəsi qeyd edib.


Onun sözlərinə görə, keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, su hövzələrinə axıdılan axarlardan götürülən nümunələrdə neft məhsullarının qatılığı, bağırsaq çöpləri və şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı normadan dəfələrlə çoxdur, ekotoksikoloji baxımdan kəskin zəhərlidir:


"Xəzər dənizinin ekosisteminə mənfi təsirlər aradan qaldırılmazsa, bu, gələcəkdə ağır nəticələrə gətirib çıxaracaq. Artıq çimərlik mövsümü yaxınlaşır. Lay sularının təmizlənmədən dənizə axıdılması və insanların belə mühitlə təmasda olması çox təhlükəlidir. Ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın deyə rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə bütün qüvvələrini səfərbər etməli, zəruri tədbirlərin görülməsi üçün konkret hərəkətə keçməlidirlər.


Tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədilə bir daha çağırış edir, qısa vaxt ərzində verilmiş tapşırıqların icrası istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirik. Tez bir zamanda lazımi işlərə başlanılmasa, çirkləndiricilər barəsində ciddi tədbirlər görüləcək və toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək”.


O bildirib ki, bu gün nazirliyin əsas fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib:


"Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol