• $
  • €
  • ₽
  • ₺
  • £

Tıxac problemini necə həll edək? - TƏKLİF

Tıxac problemini necə həll edək? - TƏKLİF
18.09.2014 15:51

Bu sual hər birimizi düşündürür. Saatlarla zaman itkisinə, əsəb və gərginliyə səbəb olan tıxaclardan necə qurtula bilərik? 

Tıxac problemi, əslində, qlobal problem hesab olunur. Çünki dünyanın əksər böyük şəhərlərində, mərkəzlərdə bu problem var. Moskva, İstanbul kimi böyük şəhərlərdə insanlar bəzən saatlarla yollarda qalmalı olurlar. 

Bizim Bakı şəhəri də tıxaclarına görə ön sırada gedir. Amma düşünürəm ki, Bakıda tıxacları yaradan bir sıra süni amillər də vardır. Bu amillərə intizamsızlıq, qanunlara hörmətsizlik daxildir. Yol qırağında bəzən iki sıra maşınlar durur ki, bu amil maşınların normal hərəkətinə maneə törədir. Avtobuslar dayanacaq olmadan harda gəldi əyləci basmaları, eyni xətt üzrə hərəkət edən marşrutlarda aparılan sərnişin savaşı həm şəhərdə qəzaların yaranmasına, həm də hərəkətin intensivliyinə mane olur. 

Şəhərdə tıxacın yaranmasında ən fəal rolu avtobuslar oynayır. İkixətli yolda bəzən hər iki xəttini avtobuslar zəbt edir. Nəticədə digər maşınların hərəkəti ləngiyir ki, bu da tıxacların yaranmasına səbəb olur. Dünyanın bir çox ölkələrində bununla bağlı yaxşı bir təcrübə var. Məsələn, İstanbulda metrobuslar fəaliyyət göstərir ki, onun tamamilə ayrı bir yolu var. Onların yollarına digər maşınlar müdaxilə etmir. Etsə belə çox böyük miqdarda cəzalandırılır. Ancaq təcili yardım maşınları bu yoldan istifadə edə bilir. Beləliklə, bu metrobuslardan istifadə edən əhali heç bir tıxacla qarşılaşmadan rahat istədikləri ünvana çata bilirlər. 

Tıxacları yaradan başlıca amillərdən biri də şəhərdə son zamanlar maşınların sayının sürətlə artımıdır. Ölkəyə gətirilən avtomobillərin statistikasına baxdıqda bunun əyani şahidi ola bilərik. Avtomobil idxalının sürətli artımı sıxlığın get-gedə artacağına bir işarədir. Dünyanın bəzi şəhərlərində başqa bir maraqlı addım atılıb. Deməli, şəhərə həftənin cüt və tək günlərinə uyğun olaraq tək və cüt nömrəli maşınlar buraxılıb. Doğrusu, bu sistemin tətbiqi Bakıda bir o qədər real görünməsə belə bu yolla ən azı 50 faiz tıxacları azaltmaq mümkündür.

Ölkəyə maşın idxalının sürətli artımı, nəqliyyat sisteminin düzgün işləməməsi, sürücülərdə peşəkarlıq problemi nəticəsində insanlar böyük vaxt itkisinə gətirib çıxarır. Belə bir sürətli artım tempi yaxın zamanda Bakıda nəqliyyat sisteminin tamamilə iflicinə gətirib çıxara bilər. Bununla bağlı lazımı qurumların lazımı addımlar atması zəruridir. 

Mehman 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol