• $
  • €
  • ₽
  • ₺
  • £

Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi

Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi
29.05.2020 00:30
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.



AZXEBER.COM xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoydular, əziz xatirəsinə ehtiramlarını bildirdilər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.


Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu Öndərin hələ sovet dövründə dövlət təhlükəsizlik orqanlarında milliləşdirmə siyasətinin aparılmasında, milli kadrların yetişdirilərək vəzifədə irəli çəkilməsində rolu əvəzsizdir. 


Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dahi rəhbərin şanlı vətənpərvərlik və peşəkarlıq irsini qürur və şərəflə yaşadaraq, müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir. Xidmətin hər bir əməkdaşı bununla fəxr edir.


Xalqımız qətiyyətlə əmindir ki, Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezidentİlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni zəfərlərə imza atacaq. Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.


Qeyd edək ki, Prezident İlham Əliyevin oğlu, DTX-nın əsgəri Heydər Əliyev də xidmət yoldaşları ilə birlikdə anım mərasimində iştirak edib. O, babasının məzarı önünə gül dəstələri qoyaraq xatirəsini yad edib.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol