Dəhşətli partlayışda valideynləri ölən uşaqlar nənələrinə veriləcək

Kürdəmirdə yaşayış evindəki partlayışdan sonra ata-anasını itirən körpələr Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.
Bu barədə Oxu.Az-a açıqlamasında birliyin sədri Kəmalə Ağazadə məlumat verib.
Bildirib ki, körpələr nənə və əmilərinin müşayiəti ilə sığınacağa aparılıb.
"Qohumları ilə birlikdə dörd yaşlı Günay Əsədova və iki yaşlı Bünyəd Əsədovu sığınacağa gətirmişik. Bu, müvəqqətidir. Çünki ailə başçısı Anar Əsədov və Qəndab Hüseynova dünyasını dəyişib. Yaxınları hazırda yasdadırlar. Digər uşaq - səkkiz yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir. Rayonun İcra Hakimiyyəti ilə danışmışıq, nənəyə qəyyumluq veriləcək”.
Kəmalə Ağazadə qeyd edib ki, sosial şəbəkələrdə yaxınlarının uşaqlarından imtina etməsi ilə bağlı yayılan xəbərlər düzgün deyil:
"Heç kim onlardan imtina etmir. Sadəcə, bir müddət sığınacaqda qalacaqlar”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib