• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi: “Maşının baqajını açanda iki nəfərin meyitini gördük”

Yol polisi: “Maşının baqajını açanda iki nəfərin meyitini gördük”
29.05.2020 02:18
Tanınmış həkim və arvadını öldürən bağbanın məhkəmə istintaqı başa çatıb

"Avtomobilə "saxla” işarəsi versək də, sürücü maşını saxlamadı . Bir qədər gedəndən sonra avtomobilin təkəri partladı. Biz ora yaxınlaşıb, maşının başqajını açanda iki nəfərin meyitini gördük”.

Bunu qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzrə məhkəmə prosesindəı şahid qismində ifadə evrən yol polisləri deyib. Tanınmış həkimi və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hadisə ötən ilin iyul ayında Mərdəkan qəsəbəsindəki bağ evində baş verib. İ.Xancanov əvvəllər bağban işlədiyi bağ evinin sahibi 72 yaşlı Arzu Şuşalını və həyat yoldaşı 71 yaşlı Dilarə Əhmədovanı bıçaqlayıb.

Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə məhkumluq həyatı yaşayan İ.Xancanov hadisədən 2 ay əvvəl işdən çıxarılıbmış. Ev sahibi onu işdən azad edən zaman bağban yaşlı ər-arvadı öldürmək qərarına gəlib. İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Xancarov isə bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünüb. O, izi itirmək üçün qan içində olan ər və arvadı Arzu Şuşalıya məxsus "Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Qətlin üstünün açılmasına səbəb yol polisləri olub. Belə ki, Mərdəkan qəsəbəsində xidmət zamanı polis əməkdaşları "Range Rover” markalı avtomobilin sürücüsünə "Saxla” əmri verib. Ancaq özünü şübhəli aparan sürücü buna məhəl qoymayıb. Sonradan avtomobil saxlanılan zaman salonda qan içərisində olan yaşlı qadınla kişini aşkar edib. Müəyyən edilib ki, onlardan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu yaralı vəziyyətdədir, qadın isə artıq dünyasını dəyişib.

Prosesdə suallara cavab verən İ.Xancanov söyləyib ki, avtomobildə olan şəxslərdən biri Arzu Şuşalı həmin vaxt dünyasını dəyişməyib: "İstəyirdim ki, onun həyatını xilas edəm”.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses mayın 13-nə təyin edilib.

Qeyd edək ki, A.Şuşalı xəstəxanaya çatdırılsa dabir neçə ay sonra dünyasını dəyişib.

Arzu Şuşalı tanınmış həkim olub və 2000-ci ildə "Əməkdar həkim” fəxri adı ilə təltif edilib.

(bizimyol)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol