Xalq artisti dayanacaqda yıxılaraq öldü - FOTO

Azərbaycanın xalq artisti vəfat edib.
ANN.Az moderator.az-a istinadən xəbər verir ki, xalq artisti Eldar Axundov bir neçə saat bundan əvvəl dayanacaqda yıxılaraq dünyasını dəyişib. O, bir neçə il əvvəl ürəyindən əməliyyat olunubmuş.65 yaşlı mərhum müğənni prezident təqaüdçüsü idi. E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biri olub. Ona Xalq artisti fəxri adı 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” verilib.Allah rəhmət eləsin.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























