• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz İbrahimovun anasının psixoloq barəsində HƏBS TƏLƏBİ

Mübariz İbrahimovun anasının psixoloq barəsində HƏBS TƏLƏBİ
09.05.2019 22:15
Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimova oğlu haqqında sosial şəbəkədə tənqidi fikirlərini yazmış psixoloq Nərmin Şahmarzadəni məhkəməyə verib.
Bizimyol.info xəbər verir ki, Şamama İbrahimova xüsusi ittiham qaydasında iddia qaldıraraq, N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını istəyir. İddia tələbi psixoloqun 3 il azadlıqdan məhrum edilməsi, həmçinin onun üzərinə xalqdan üzr istəmək vəzifəsinin qoyulmasıdır.
 
 
Mübariz İbrahimov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı
 
Bu iş üzrə iddiaçı qismində Şamama İbrahimova tək deyil. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin mayoru, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, kikboksinq üzrə dəfələrlə Avropa və dünya çempionu olmuş Araz Musayev və vəkil Ramil Rüstəmov da xüsusi ittihamçı qismində çıxış edirlər.
Araz Musayev və Ramil Rüstəmov bundan öncə də bir neçə dəfə eyni iddia ilə məhkəməyə müraciət etsələr də, onların iddiasına baxılmamışdı. Sonradan Şamama İbrahimova da iddiaçılar sırasına qoşulub. Bundan sonra da Xətai Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilən şikayəti icraata götürməkdən imtina edib. Bakı Apellyasiya Məhkəməsi isə bu barədə qərardadı ləğv edrək, işi yenidən birinci instansiya məhkəməsinə göndərib ki, icraata götürülüb baxılmalıdır.
Mayın 8-də Xətai Rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclasında iddia icraata qəbul olunub. Beləliklə, Nərmin Şahmarzadə Milli Qəhrəman haqqında fikirlərinə görə təqsirləndirilən şəxs qismində tanınıb.

Nərmin Şahmarzadə sosial şəbəkədə Mübariz İbrahimov haqqında bunları yazmışdı: "Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar. Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləməmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediymiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.
Bu fikirlərinə görə sosial şəbəkələrdə onun ünvanına çoxsaylı tənqidlər, qınaqlar səsləndi. Ardınca Nərmin Şahmarzadə üzr istəyərək, kimsəni təhqir etmədiyini bildirərək, Milli Qəhrəmanın ailəsindən də üzr istəmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol