• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda öldürülən "Emil 444"ün qətlinin TƏFƏRRÜATLARI

Bakıda öldürülən "Emil 444"ün qətlinin TƏFƏRRÜATLARI
10.05.2019 10:24
Bakı şəhər Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. 

Mübahisə zəminində baş verən hadisə nəticəsində naməlum şəxs tərəfindən iki nəfər bıçaqlanıb. 

İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. 

Bədənin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan, təxminən 25-30 yaş aralığında olan Emin Səfərov isə qanitirmədən hadisə yerində ölüb. 

Qeyd edək ki, əvvəllər "qanunsuz silah gəzdirmə" maddəsilə məhkum edilmiş Emin Səfərov yaşadığı binanın qarşısında "BMV" markalı şəxsi avtomobilində bıçaqlanıb.

Binəqədi rayon Prokurorluğundan ONA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, İsrafil Həşimov küçəsində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb. 

Hadisə ilə bağlı yeni məlumat əldə edilib. Belə ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan "BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

Qeyd edək ki, Səfərov Emil Ehtiram oğlu kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınırdı. 

Bakıda kütləvi dava zamanı 1 nəfər ölüb, 1-i yaralanıbSumqayıt sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıbBakıda qonşular arasında qanlı dava – yaralanan varRestoranda "razborka" : Azərbaycanlı müğənni bıçaqlandı - VİDEOAzərbaycanda toyda müğənnini bıçaqladılarBakıda qadın ağzından və gözündən, kişi isə qulağından bıçaqlandıBakıda kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb (VİDEO)Bakıda qadın ofisiantlar arasında dava düşüb, bir nəfər bıçaqlanıb


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol