• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsxanadakı oğlunun görüşünə getdi, özü də həbs edildi - Bakıda

Həbsxanadakı oğlunun görüşünə getdi, özü də həbs edildi - Bakıda
29.05.2020 07:34
Bakıda cəzaçəkmə müəssisəsindəki oğlunun görüşünə gedən ataya cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, keçən ilin martında paytaxtdakı 13 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedən Nəcəfov Fərhad Quli oğlunun üzərindən narkotik tapılıb. Onun həmin narkotiki oğluna vermək üçün gətirdiyi müəyyənləşib və həmin şəxsə Cinayət Məcəlləsinin 317-1.1-ci, yəni, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi maddəsi ilə iş açılıb. Rayon məhkəməsi tərəfindən məhkum edilən F.Nəcəfov barəsindəki qərarın dəyişdirilməsi üçün apelyasiya instansiyasına müraciət edib. İşə Bakı Apelyasiya məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, keçən ilin mart ayında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3-cü maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəcəfov Cahangir Fərhad oğlunun yanına uzunmüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən alt paltarının içində gizlətdiyi 0,593 qram narkotik maddə - marixuana aşkar edilib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol