• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda faciə: İşçilər öldü

Bakıda faciə: İşçilər öldü
11.05.2019 19:14
Ötən gün Bakıda bir neçə işçi bədbəxt hadisələrin qurbanı olub,  bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Belə ki, Yasamal rayonunda mayın 10-da təxminən 17:00 radələrində "Azəristiliktəchizat” ASC-nin  Yeni Yasamal 2 yaşayış massivi ərazisində yerləşən qazanxanasının damından 60 yaşlı qaynaqçı Cəbiyev Ramiz Ağamalı oğlu yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəyə səbəb fəhləni qaldıran kranın lyuk hissəsini saxlayan trosun qırılması olub. 

Nərimanov rayonu İslam Abışev küçəsində yerləşən "Rüzgar” kiçik biznes qarajında baş verən bədbəxt hadisə zamanı da işçi ölüb. Qusar rayon sakini, 48 yaşlı Novruzbəyov Gülbala Sədrəddin oğlu yük maşınının təkərində apardığı qaynaq işlər zamanı baş verən partlayış nəticəsində ölüb. 

Suraxanı rayonunda Əmircan qəsəbə sakini, 47 yaşlı Əliyev Fazil Qardaşxan oğlu da ölüb. Kişi özəl sifariş üzrə təmir işləri aparan zaman evin damından yıxılıb. 

Faktlarla bağlı araşdırmalar aparılır. 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorunun müdiri Azər İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, idarə əməkdaşları hadisələr baş verən yerlərdə olub və araşdırmalar başlanılıb. Yaxın günlərdə bədbəxt hadisələrin səbəbləri məlum olacaq. 

Onun sözlərinə görə, iş verənlərin texniki təhlükəsizlik qaydalarına riayət etmədiyi məlum olarsa, İnzibati Xətalar Məcəlləsinə görə onlar min manatdan iki min manatadək cərimə olunacaqlar. Bundan başqa, icbari sığorta olmaması üçün də cərimə nəzərdə tutulub.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol