“Azərişığ”dan gözlənilməz addım - əhali işıqsız qaldı

"Azərişıq" ASC xəbərdarlıq etmədən bu gün saat 09:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb.
Məsələ ilə bağlı Anews.az-a açıqlama verən qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək.
"Həmin ərazidə yerləşən avadanlığa texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb", - o deyib.
Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. "Report”un əldə etdiyi məlumata görə, fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb.(Report.az)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib