• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsi: İş yerlərində seksizm halları baş verir

Dövlət Komitəsi: İş yerlərində seksizm halları baş verir
13.05.2019 13:20
"Azərbaycanda iş yerlərində, təhsil və tibb müəssisələrində seksizm halları baş verir. Bəzi hallarda bu, zorakılığa məruz qalanların intihara əl atmasına gətirib çıxarır".
Anews.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda məcburi nikaha daxil olma halları da artıb.
Şöbə müdiri Azərbaycanda sosial şəbəkə istidəçilərinin də bəzi hallarda insan alverinin qurbanına çevrildiyini bildirib: "Azərbaycanda 24-30 yaşlı əhalinin 85 faizinin sosial şəbəkələrdən istifadə edir. Onlar da sosial şəbəkələrdə olunan seksual reklamları görürlər və bəzən qurbana çevrilirlər. Bir məsələni də qeyd edim ki, dünyada hər 30 saniyədə bir qadın insan alverinin qurbanı olur. Ümumilikdə, dünyada 700 milyon qadın məcburi nikaha daxil olub. Seksizm insan hüquq və azadlıqlarının pozulması deməkdir".
Dövlət Komitəsinin rəsmisi seksizmə qarşı qanunun gücləndirilməsinin zəruriliyini vurğulayıb: "Azərbaycanda gender bərabərliyi ilə bağlı qaydalar mətbuat haqqında qanuna əlavə edilməlidir. Məhz qanunun zəifliyi səbəbindən Avropada qadın jurnalistlərin, siyasətçilərin seksizmin təsirlərinə məruz qalması halları geniş yayılıb".
E.Səfərov qeyd edib ki, seksizmlə mübarizə aparmaq üçün ayrıca qurum yaradılmalıdır.(report.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol