• $
  • €
  • ₽
  • ₺
  • £

Fərdi yaşayış evləri arasında ara məsafəsinə dair ziddiyyət aradan qaldırılıb

Fərdi yaşayış evləri arasında ara məsafəsinə dair ziddiyyət aradan qaldırılıb
13.05.2019 19:58
Fərdi yaşayış evləri arasında ara məsafəsinə dair ziddiyyət aradan qaldırılıb
Şəhərsalma və Arxitektora Komitəsi "AzDTN 2.6-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında” qərarı ilə Şəhərsalma və Tikinti Məcəlləsi arasında ziddiyyəti 5 il sonra aradan qaldırıb.
Anews.az-ın məlumatına görə, indiyə qədər şəhərsalma norma və qaydalarına əsasən, mərtəbəliyi 5 və daha çox olan və qarşı-qarşıya duran binaların, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında məsafə ən hündür binanın 1,5 H-dan (H-hündürlük) az olmamalı idi.
Həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən (otaqlardan, mətbəxlərdən, və şüşəbənddən) qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarlarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 m-dən az olmamalı, təsərrüfat tikililərini həyətyanı sahənin sərhədlərindən 1 m-dən az olmayan məsafədə yerləşdirilməli idi. Mənzil mülkiyyətçilərinin qarşılıqlı razılığı ilə və bu normaların tələbləri nəzərə almaqla, həmsərhəd olan həyətyanı sahələrdə təsərrüfat ikililərini blok-birləşmə şəkilində yerləşdirmək olardı.
Ancaq Şəhərsalma və Arxitektora Komitəsi "AzDTN 2.6-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında” qərarındakı bu tələblər Şəhərsalma və Tikinti Məcəlləsinə 20 iyun 2014-cü ildə edilmiş dəyişikliyə zidd olduğu üçün ləğv edilib. Mayın 12-dən bu tələblər qüvvədən düşüb.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Məcəlləyə əsasən, ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:
- divar hündürlüyünün 0,6 hissəsi;
 - xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi;
-  yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü "0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi;
- yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.
Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil.
Qərara əsasən, binanın odadavamlıq dərəcəsindən asılı olaraq yaşayış, ictimai və sənaye müəssisələrinin köməkçi binalar arasında yanğın əleyhinə məsafə dair tələb də fərdi bundan sonra fərdi yaşayış evlərinə münasibətdə tətbiq edilməyəcək. Başqa sözlə, fərdi yaşayış evləri istisna ilə, yaşayış, ictimai və sənaye müəssisələrinin köməkçi binalar arasında yanğın əleyhinə məsafə 6-15 m olmalıdır.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol