• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda borca görə prospektin işıqları söndürüldü

Bakıda borca görə prospektin işıqları söndürüldü
13.05.2019 14:40
"Gəncə prospekti bir aydır ki, zülmət qaranlıq içindədir. İşıqları qənaət üçün söndürürlər, yoxsa gözləyirlər ki, kimisə maşın vurub can alsın?”
Anews.az "Qafqazinfo”ya istinadan xəbər verir ki, son bir aydır ki, bu kimi paylaşımlar sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. Şikayətdə qeyd olunan Gəncə prospekti ilə yanaşı paytaxtın bir neçə prospektlərində də analoji hal müşahidə olunur.
Gecə saatlarında küçə və prospektlərdə müşahidə olunan qaranlıq isə piyada vurulması ilə nəticələnən qəzaları, avtomobillərdə oğurluq hallarının sayını artırır. Odur ki, yaranmış bu vəziyyət paytaxt sakinlərinin, ələlxüsus da, sürücülərin haqlı narazılıqlarına səbəb olub.
Məsələylə bağlı Bakı Şəhər Küçə İşıqları İdarəsinin Xətai rayon şöbəsindən "Qafqazinfo”ya bildirilib ki, prospekti işıqlandıran kabel sistemində nasazlıq yaşanıb, problem bir neçə günə öz həllini tapacaq:
"Bundan başqa, prospektdə yerləşdirilmiş elektrik şkaflarında oğurluq halları baş verib. Problem təqribən bir həftəyə yaxındır, yaranıb. Sabah yox, birigün tam həll olunacaq”.
Anews.az- ın əldə etdiyi digər məlumata görə, küçədə işıqların söndürülməsinin əsl səbəbi qurumun "Azərişıq” ASC-yə olan borcudur. Məlumatı "Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də təsdiqləyib. Bildirib ki, işıqlar həqiqətən borca görə söndürülüb.
Bu arada paytaxtdakı təzadlı bir vəziyyətə də toxunaq Belə ki, Xətaidə gecə tapılmayan işığa, Nəsimi rayonu, Puşkin küçəsində günorta saatlarına kimi rast gəlmək mümkündür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol