Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmət göstəriləcək

"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” adlı layihənin icrasına başlayıb.
Anews.az-a İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi işğaldan əziyyət çəkən uşaqların həyatlarına müsbət dəyişiklik üçün onların psixoloji durumlarının yaxşılaşdırılmasına dəstək vermək və məsələnin ictimailəşdirilməsi üçün məlumatlandırma kampaniyasının aparılmasıdır. Bu məqsədlə Tərtər və Ağdamda yaşayan 50 uşaq üçün 3 ay müddətində psixoloji xidmət təşkil ediləcək, işğal faktorunun uşaqların həyatındakı neqativ dəyişiklikləri əks etdirən sosial çarx hazırlanacaq və Bakıda səfirliklərin, beynəlxalq təşkilatların, dövlət qurumlarının iştirakı ilə 1 günlük konfrans keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























