• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdlər Azərbaycan Dillər Universitetinin qonağı olublar (FOTO)

Şagirdlər Azərbaycan Dillər Universitetinin qonağı olublar (FOTO)
14.05.2019 18:30
Nizami rayonu Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı orta məktəbin şagirdləri və müəllimləri Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.
ADU-nun rektoru, akademik Kamal Abdulla universitetin tədris prosesi, beynəlxalq əlaqələri haqqında onlara geniş məlumat verib. Ali təhsil ocağında həyata keçirilən layihələrdən söz açan universitet rəhbəri "Bir günlük xəlifə” layihəsi barədə də danışıb: "Bir vəzifə uğrunda 25-30 nəfər bir-birilə mübarizə aparır, debatlara çıxırlar. Seçilən xəlifələr 1 gün ərzində tam ciddiyyətlə universiteti idarə edir, əmrlər verirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin "Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti "Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir”.
Akademik Kamal Abdulla aprelin 19-da ADU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda Respublika tələbə-şagird elmi konfransından da söz açıb. Müxtəlif köçkün məktəbi şagirdlərinin həmin konfransda aktiv iştirakına toxunan rektor onların "Heydər Əliyev və Azərbaycanın gələcəyi”, "Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, "Multikulturalizm ənənələri” mövzusunda müxtəlif elmi işlər yazdıqlarını diqqətə çatdırıb.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Qasımova çalışdığı məktəbin 2 dəfə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin məktəbi adına layiq görüldüyünü bildirib. O, eyni zamanda məktəb şagirdlərinin uğurlarından da söz açıb.

Şagirdlər daha sonra universitetlə yaxından tanış olublar.
Qeyd edək ki, ADU-nun Təhsil və Filologiya və jurnalistika fakültəsinin 19 tələbəsi Milli Qəhrəmanı Ərəstun Mahmudovun adını daşıyan 220 saylı orta məktəbdə pedaqoji təcrübədədirlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol