• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir

“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir
14.05.2019 15:20
 
Anews.az- ın məlumatına görə ölkənin ən gənc mobil operatoru "Nar”-ın dəstəyilə baş tutan "Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün ilk finalçılarının adları bəlli olub. Belə ki, kubok uğrunda mübarizədə "Gəncə” və "Nar” komandaları, eyni zamanda daha iki qalib komanda yarışacaq.
 
Komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu "Nar” öz "Facebook” səhifəsində xüsusi müsabiqə keçirir. "Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilər müxtəlif hədiyyələrlə təltif edilirlər. Aprel ayının intellektlərinin adları isə artıq məlumdur: Əli Məmmədov, İsmayıl Əliyev, Məhbub Osmanov və Rəşad Səttarlıdır.
 
Qeyd edək ki, "Breyn Rinq” bilik müsabiqəsində respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai Televiziyada yayımlanır. İntellektual oyunun qalibi iyun ayında məlum olacaq və qalib komanda "Nar” kubokunun sahibi olacaq.
 
Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, "Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, "Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol