• $
  • €
  • ₽
  • ₺
  • £

Namiq Əliyev: “Tokioda ən azı 15 güləşçiylə iştirak etməliyik”

Namiq Əliyev: “Tokioda ən azı 15 güləşçiylə iştirak etməliyik”
29.05.2020 00:25
Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında medal qazanmış güləşçilərin və yığmaların məşqçilərinin mükafatlandırılması mərasimi keçirilib.
Anews.az-ın məlumatına görə, tədbirdə çıxış edən AGF-nin rəhbəri Namiq Əliyev güləşçilərimizin qitə birinciliyindəki çıxışını şərh edərək nəticələrin ürəkaçan olduğunu bildirməklə yanaşı, qarşıdakı planlara da toxunub. 
O bildirib ki, bu il əsas hədəf Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatıdır: "Ümid edirik ki, Tokio Olimpiadasına lisenziyaların 80 faizini həmin yarışdan əldə edəcəyik. Qalan vəsiqələri isə digər lisenziya turnirlərindən qazanmağı planlaşdırırıq. Son Olimpiadalarda demək olar ki, 90 faiz heyətlə təmsil olunmuşuq. Hesab edirəm ki, Tokioda da ən azı 15 güləşçiylə iştirak etməliyik”.
Federasiyanın başçısı iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmindən də danışıb, yeniyetmə güləşçilərimizin tam heyətlə festivalda iştirak edəcəyini və uğurlu nəticələr qazanacaqlarına inandığını dilə gətirib.
Namiq Əliyev daha sonra AÇ-də medal qazanan güləşçilərə və yığmaların məşqçilərinə pul mükafatlarını təqdim edib.
Sonda baş məşqçilər və vitse-prezidentlər ürək sözlərini çatdırıb. Qeyd olunub ki, güləşçilər Tokio Olimpiadasında da ümidləri doğrultmağa çalışacaq. (ona.az)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol