Bakının mərkəzində təxribat - Nazirlikdən açıqlama

Dünəndən sosial şəbəkələrdə Bakının mərkəzindəki "Alov qüllələri”nin önündə əlində təxribatçı plakat tutmuş 2 idmançının şəkli müzakirə mövzusuna çevrilib. Güman olunur ki, plakatı əlində tutanlar gürcülərdir. Çünki plakatın üzərində "Keşikçidağ” məbədi ilə bağlı şüar yazılıb. İngiliscə yazılan şüarda "David Qareci Gürcüstanındır” sözləri qeyd olunub ki, bu da Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.
Anews.az bildirir ki, Gənclər və İdman Nazirliyin mətbuat katibi Samayə Məmmədova yayılan şəkillə bağlı Modern.az a açıqlama verib.
Onun sözlərinə görə, yayılan fotodakı şəxslərin nazirliyə aidiyyatı yoxdur:
"Bildiyiniz kimi, Bakı tez-tez beynəlxalq oyunlara ev sahibliyi edir. Son dönəmlərdə istə bədii gimnastika, istərsə də cüdo üzrə çox mötəbər beynəlxalq tədbirlər Bakıda keçirilib. Yayılan foto ilə bağlı onu deyə bilərəm ki, nazirliyə aidiyyatı yoxdur. Şəkildə görünən insanlar nazirliyin xətti ilə keçirilən idman yarışlarında ölkəmizə təşrif buyuran şəxslər deyillər”.
Məbədin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. "Keşikçidağ” məbədi qədim alban mənşəli olduğu halda gürcü mənbələri onun tarixən gürcü pravoslav kilsəsinə tabe olduğunu iddia edirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























