• $
  • €
  • ₽
  • ₺
  • £

Prezervativ, spitli içki, dərman - Elinanın rəfiqəsinin anası 162 saylı məktəbdəki vəziyyətdən danışdı

Prezervativ, spitli içki, dərman - Elinanın rəfiqəsinin anası 162 saylı məktəbdəki vəziyyətdən danışdı
28.05.2020 21:33
"Elinanın ölümündən sonra onun oxuduğu məktəbdə xoşagəlməz hal baş verib. Belə ki, məktəbə prezervativ və spitli içki keçiriblər" - bunu Bakı 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın rəfiqəsinin anası Leyla Şirinova deyib.

Leyla Şirinova bildirib ki, insident gizlədilib.
 
"Sosial şəbəkələrdə mənim qızım Züleyxanın sözləri səhv verilib. Biz hər hansı  etiraz aksiyası keçirmək niyyətində deyilik. Bilirik ki, bu qanunsuzdur. Onun valideynləri ilə birgə məktəbin yanında anım mərasimi keçirmək istəyirik. Dəqiq tarix bilinmir, amma bu, Elinanın 40-dan sonra olacaq" - deyə Leyla Şirinova bildirib. 
 
Onun sözlərinə görə, Elinanın ölümündən sonra valideynlər susmamağa başlayıb və məktəblərdə uşaqların problemlərlə üzləşdiklərini açıq bildirirlər. Təəssüf ki, Elinanın ölümünə qədər heç kim bu barədə danışmırdı. İndi bu problemi ciddiyə almağa başlayıblar. Yadıma gəlir ki, Elinanın anası Sevil Hüseynova necə narahat idi, o, qızının necə əzab çəkdiyini görürdü. 

Şirinova bildirir ki, yaxın vaxtlarda onlara Xalidə Bayramovanın çalışdığı Səbail Rayon İcra Hakimiyyətindən zəng daxil olub. Onlar Şirinovanın qızını icra Hakimiyyətinə dəvət edib. "Mən maraqlandım ki, mənim qızım onların nəyinə lazımdır.  Bildirdilər ki, onunla  bağlı narazılıq daxil olub. Guya o, məktəbə getmir. O, gerçəkdən məktəbə getmir. Çünki hazırda onun başqa məktəbə keçirilməsi məsələsinə baxılır. Bu məktəbdə onun oxuması təhlükəsiz deyil. Mən anlaya bilmirəm onlar niyə bizə zəng edir və mənim qızımı çağırtdırırlar"  deyə xanım soruşur. 
 
Xanım həmçinin bildirir ki, qızı Züleyxanın böyrəyində daş var və bu barədə həkimdən kağızı da var. 
 
Şirinova deyir ki, Elinanı vaxtı ilə şantaj  edən oğlanlar Dİana və onun qızı Züleyxanı hədələyir. "Bizə məlumat çatıb ki, onlar qızımı bıçaqlamaq istəyir. Birinci dəfə anım mərasimi keçiriləndə həmin oğlan qızın baxışını tutaraq onu izlədiyini bildirib", - deyə ana söylədi. 
 
Ana deyir ki, Elina özünə qəsd edəndən sonra ona direktor və direktor müavini zəng edərək onu hədələyiblər. Onlar bütün yazıları pozmağı tələb edirmişlər. Zənglər hərdən səhər saat 6-da belə daxil olurdu. 
 
"Elina Hacıyevanın ölümündən iki gün sonra məktəbdə xoşagəlməz hadisə olub.  Məktəbə alkoqol və prezervativ gətirilib. Amma bu hadisə ört basdır edilib. Məktəbin mühafizəçisi keçmiş müdir Sevinc Abbasovanın qohumudur. O məktəbə  yad oğlanları rahat buraxır. Halbuki bunu etmək qadağandır. Məktəb personalından heç kim Elinanın döyülməsinə reaksiya vermirdi. Bu normaldırmı" - deyə xanım Şirinova bildirir.


(Media.Az)


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol