Avropa Birliyində ən az diş məcunu istifadə edən ölkə

Rumıniyada ölkənin bəzi bölgələrində yaşayan insanlar diş fırçalarını 10 ildən bir dəyişir.
ANS PRESS-in məlumatına görə, Rumıniyanın müvafiq qurumlarının Smile Romania (Gülümsə Rumıniya) adı altında araşdırma aparıb.
Araşdırmalar nəticəsində məlum olub ki, ölkənin yarımsəhra bölgələrində yaşayan əhalinin böyük əksəriyyəti diş fırçasını 10 ildən bir dəyişir. Bu isə o deməkdir ki, bu bölgənin əhalisi həftədə bir dəəfə də olsun dişlərini fırçalamır.
Araşdırmalar zamanı o da məlum olub ki, Rumıniya Avropa Birliyi ölkələri arasında ən az diş məcunu istifadə edən ölkədir.
ANN.Az
























