• $
  • €
  • ₽
  • ₺
  • £

Faciəvi şəkildə ölən Firəngizin görüntüləri yayıldı

Faciəvi şəkildə ölən Firəngizin görüntüləri yayıldı
15.05.2019 10:43
Dünən Bakı şəhər Nəsimi rayonu ərazisində tibb bacısının facivə şəkildə ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Anews.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, Səməd Vurğun bağının qarşısında "Mercedes” markalı minik avtomobilinin vurub öldürdüyü 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızı "Mediclub” klinikasında 3 ay əvvəl işə başlayıbmış. 

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən işdən çıxarılan Firəngiz özəl klinikaya müraciət etdikdən sonra həmin xəstəxananın operativ şöbəsində işə qəbul edilib. Hadisə də elə klinikanın yaxınlığında baş verib və 27 yaşlı Firəngizə ilk tibbi yardım işlədiyi klinikada göstərilib. Lakin ağır kəll-beyin travması almış, ayaqları sınmış, digər ağır xəsarətləri olan gənc tibb bacısı xəstəxanaya məxsus təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faciəvi hadisədə vəfat edən Nəzərova Firəngiz Eldar qızı bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanımdır. Həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

İşdən çıxarılan F. Nəzərova daha sonra "Mediclub”da işə düzəlib.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol