• $
  • €
  • ₽
  • ₺
  • £

Elektrik enerjisinə qənaət etməyin yolları - MƏSLƏHƏT

Elektrik enerjisinə qənaət etməyin yolları - MƏSLƏHƏT
16.09.2014 21:04
İşıq pulu, qaz pulu, su pulu, telefon, internet, kabel televiziyası... Kommunal xərclər siyahısını çox uzatmaq olar. Hər ay qazancımızın nə qədərini bunlara sərf edirik? Xeyli hissəsini. Bəs qənaət etməyi bacarırıqmı? Əlbəttə ki, yox. Demək olar ki, əksər ailələrdə qənaətin nə olduğunu ya bilmirlər, ya da nə olduğunu bilsələr də, necə etməyi bilmirlər. Elə isə, sizin üçün elektrik enerjisinə qənaət etmək üçün məsləhətləri təqdim edirik. Bu məsləhətləri praktikada həyata keçirə bilsəniz, qazancınız xeyli olacaq və bunu siz hər ayın sonunda evinizə çek gələndə görəcəksiniz...- Paltar ütüləyəndə işinizin qurtarmasına 5 dəqiqə qalmış ütünü elektrik şəbəkəsindən çıxardın. Hər dəfə belə eləsəniz, sərfiyyatınız xeyli azalacaq.- Elektrik süpürgəsini hər dəfə təmizlik işləri gördükdən sonra təmizləyin. Təmiz zibil qutusu olan elektrik süpürgələrlə evi daha tez təmizləmək olur, həm də cihaz çox enerji tələb etmir.- Hamamdan sonra saçınızı əgər fenlə qurudanlardansınızsa, əvvəlcə yaş saçlarınızı dəsmalla qurulayın. Yaş deyil, nəm saçınızı fenlə qurutsanız,  qənaətcil olacaqsınız.- Bəzən televizoru, komputeri və digər elektrik cihazlarımızı elektrik şəbəkəsinə bağlı saxlayır, sadəcə "pult"dan söndürürük. Amma bilirsinizmi ki, belə olanda da elektrik enerjisində də sərfiyyat olur? Odur ki, bundan sonra belə eləmyəin, həm enerjiyə qənaət etmiş olarsınız, həm də elektrik malarına dincəlmək haqqı verərsiniz.- Əgər evdə işlətdiyiniz paltaryuyan və qabyuyan maşınlarınız köhnədirsə, onların "A++" funksiyası yoxdursa, bu çox enerji sərfiyyatı deməkdir. Odur ki, evdəki bu maşınların dəyişilmə vaxtıdır.- Paltaryuyan və qabyuyan maşınlarınıza vaxtlı-vaxtında qulluq edin, onları təmiz saxlayın və lazım olan dərmanlardan istifadə edin. Baxımsız elektrik texnikası günü-gündən enerji sərfiyyatını çoxaldır.- Əgər soyuducunuz həddindən artıq buz bağlayırsa, nəsə problem var deməkdir. Və bu, eyni zamanda çox enerji sərfiyyatına səbəb olur. Bu problemi həll edin.- Soyuducuya yemək qoyarkən onların ağzını yaxşıca qapayın. Əgər qapamasanız, soyuducunun içərisinə nəm daxil olur və bu zaman elektrik cihazı daha çox işləməyə məcbur olur. Bu isə enerjinin çox axması deməkdir.- Soyuducunun qapısını lazım gəldi-gəlmədi açıb-bağlamayın. Eyni zamanda onun qapısının açıq qalmamasını yoxlayın. Açıq qalan qapıdan isti hava soyuducuya daxil olur, onun daha çox işləməsinə və enerjinin çox sərf olunmasına gətirib çıxarır.- Olmadığınız otaqda işığı yanıq qoymayın. - Evin kvadratmetrinə uyğun kondisioner almaq lazımdır. Daha böüyk kondisionerlər də çox enerji sərfiyyatı deməkdir.- Qapı, pəncərələrə diqqət yetirmək lazımdır ki, bayıra hava buraxan, çöldə külək əsərkən içəri soyuq hava daxil olmasın. Bu yayda evin sərin qalmasının, qışda isə soyuq olmasının qarşısını ala bilər. Əks təqdirdə isitmə və soyutma prosesi zamanı artıq enerji istifadə olunur.- Elektrik malları alarkən onların funksiyalarının daha çox olmasına diqqət edin.- Əgər paltarlarınız çox kirli deyilsə, paltaryuyan maşınının aşağı təmizləyici funksiyalarından istifadə edin.- Elektrik sobasının əvvəlcədən isidilməsinə gərək yoxsa, bunu etməyin.- Sobada nəsə bişirirsinizsə, qapağını tez-tez açmayın.- Bu gün əksə evlərdə qaz peçlərində 1 "göz"ü elektriklə işləyən hissə var. Çox vaxt onda çay dəmləyirik. Yaxud yemək qızdırırıq. Qalın metaldan olan həmin "göz"ü yandırıb 10-15 dəqiqə sonra söndürə bilərsiniz. Əgər çayın dəmlənməsindən söhbət gedirsə, artıq isinmiş qalın metal sizin üçün dadlı çay dəmlənməsinə vasitə olacaq, həm də onu isinən kimi söndürməyiniz az enerji sərfiyyatına yol açacaq.Qeyd: Əlbəttə ki, enerjidən qənaətlə iştifadə edilməsinin digər yolları da var. Bu yuxarıda göstərdiklərimiz sadəcə ilk müşahidə etdiklərimizdir. Siz özünüz də bir az düşünsəniz, qənaətin digər yollarını tapa biləcəksiniz. "Qənaətlə dolanan kasıb olmaz", "Qənaət böyük xəzinədir" - bu fikirləri heç vaxt unutmayaq!ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol