23 kəndi birləşdirən yol çökür - FOTO

Cənub bölgəsində 20 min əhalinin istifadə etdiyi Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunda yenidən sürüşmə aktivliyinin artması yolda iri çatların yaranmasına gətirib çıxarıb.
Bu yolda, demək olar ki, hər il sürüşmə aktivliyi müşahidə olunur. Yolda mütəmadi təmir-bərpa işləri aparılsa da Soltankənd və Hacıcavad kəndləri arasındakı hissədə yol yatağı yenidən dərəyə doğru axmağa başlayıb.
Cəlilabad rayon FHN komissiyasından bildirilib ki, yolun bu hissəsinə yeraltı suların axıdılmaması üçün suötrücülər qoyulmaqla ərazidə yaxın günlərdə təmir-bərpa işləri aparılacaq.
Qeyd edək ki, sözügedən yol 23 kəndi rayon mərkəzi ilə birləşdirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























