“Bakcell” bu kampanıyasını oktyabra kimi pulsuz etdi

320
mindən artıq abunəçi "Mənim Bakcellim” mobil tətbiqindən yararlanır
Anews.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Ən
Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti PULSUZ 1 GB kampaniyasını oktyabr
ayına qədər uzadıb. Bu ilin mart ayında elan edilmiş kampaniyanın şərtlərinə əsasən,
"Mənim Bakcellim” mobil tətbiqetməsini yükləyib öz nömrəsi ilə qeydiyyatdan keçən
hər bir Bakcell abunəçisi 1 Gb PULSUZ İnternet trafiki əldə edir.
Mobil tətbiqetmə "Google Play” və yaxud
"Appstore”dan yüklənilib pulsuz istifadə oluna bilər. Qeyd edək ki, hədiyyə
yalnız "Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim
olunacaq. Kampaniyada
iştirak edib PULSUZ internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini
dəstəkləməli və 4G SİM-kartı ilə təmin olunmalıdır.
Kampaniyanın müddətinin uzadılması
Android və iOS platformalarında istifadə üçün nəzərdə tutulmuş "Mənim
Bakcellim” rəqəmsal internet portalı və tətbiqetməsinin uğurları ilə bağlıdır.
Belə ki, 2018-ci ilin fevral ayında istifadəyə verilmiş "Mənim Bakcellim” tətbiqetməsini
cəmi bir il ərzində 320 mindən çox Bakcell abunəçisi yükləyib və bu rəqəmsal
kanal üzərindən uğurla həyata keçirilmiş aylıq əməliyyatların sayı 30 minə çatıb.
Tətbiqetmə abunəçilər arasında böyük rəğbət qazanıb, onun "Google Play” və
"Appstore”da reytinqləri isə çox yüksəkdir.
"Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə
zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı
həyata keçirmək imkanı verir. "Mənim Bakcellim” istifadəçilərə
maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı
və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə
aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri
təqdim edir. Qeyd edək ki həftənin 7 günü, günün 24 saatı ərzində fəaliyyət
göstərən və 20 saniyəlik ilk cavab vaxtını təmin edən onlayn çat funksiyası üzərindən
hər ay 7000 nəfərdən çox müştəri sorğusu emal olunur.
http://bit.ly/MenimBakcellim_android
http://bit.ly/MenimBakcellim_IOS
Bakcell özünün rəqəmsal müştəri xidməti kanalını daha da inkişaf etdirəcək və müştəriləri daha üstün istifadə təcrübəsi və daha geniş təhlükəsizlik imkanları ilə təmin etmək məqsədilə yaxın gələcəkdə "Mənim Bakcellim” applikasiyasına yeni maraqlı və faydalı funksiyalar əlavə edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























