• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Səbiş” ləqəbli narkotacir saxlanılıb

Bakıda “Səbiş” ləqəbli narkotacir saxlanılıb
15.05.2019 14:03
Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Anews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan "Səbiş” adlı şəxsdən aldığını bildirib. Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı uilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün
Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol