• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dilinə 250-yə yaxın yeni söz daxil olub

Azərbaycan dilinə 250-yə yaxın yeni söz daxil olub
16.09.2014 20:33

Son dövrlərdə Azərbaycan dilinə daxil olmuş yeni sözlər müəyyənləşdirilib.

 ANN.Az-ın "Trend"ə istinadən xəbərinə görə, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib ki, hazırda həmin sözlərlə bağlı komissiyanın müvafiq bölməsində müzakirələr aparılır. Bu müzakirələr başa çatdıqdan sonra dilimizə daxil olmuş 250-yə qədər yeni söz və söz birləşməsinin siyahısı komissiyanın dekabrda işıq üzü görəcək xüsusi bülletenində nəşr ediləcək. Yeni sözlər daha çox texniki və ictimai-siyasi həyatla bağlıdır. Həmin sözlər "planşet", "onlayn", "plazma televizor", "sosial şəbəkə", "selfi" (özünü çəkmə), "sensor" və s.-dir. 

Son sövrlərdə dilimizə əksər sözlərin ingilis dilindən keçdiyini deyən S.Sadıqova bildirib ki, onların əksəriyyətinin azərbaycanca qarşılığı yaranıb. Yeni sözlər texniki sahədə, KİV-də hazırda geniş şəkildə işlənsə və mütəxəssislər tərəfindən qəbul olunsa da, onlar Azərbaycan dilinin yeni orfoqrafiya lüğətində, eləcə də digər izahlı lüğətlərdə verilməyib. 

Komissiya rəsmisi əlavə edib ki, həmin sözlər gələcəkdə orfoqrafiya lüğətində, eyni zamanda, izahlı lüğətlərdə öz əksini tapacaq. 

Dilin daim inkişafda olduğunu deyən S.Sadıqova qeyd edib ki, 2004-cü ildə çap edilmiş orfoqrafiya lüğətində təqribən 70, yeni çap edilən son orfoqrafiya lüğətində isə 105 min söz var:

 “Dilimizə də yeni daxil olmuş sözlər gələcəkdə orfoqrafiya lüğətinə daxil ediləcək. Nəzərə alınmalıdır ki, dilə yeni sözlər daxil olmasa, o, məhvə doğru gedir. Buna görə də dildə inkişaf nəzərə alınmalıdır”.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol