• $
  • €
  • ₽
  • ₺
  • £

Yazıçılar Birliyindən "striptiz şou" qalmaqalına - REAKSİYA

Yazıçılar Birliyindən  "striptiz şou" qalmaqalına - REAKSİYA
29.05.2020 02:29
Yazıçılar Birliyi erotik rəqslərin göstərilməsinə imkan verdiyi üçün "Hot Room Club" gecə klubunun rəhbərliyinə xəbərdarlıq edib və erotik şouların göstərilməsinə qadağa qoyub, bu barədə  Anews.az-a birliyin mətbuat katibi Xəyal Rza bildirib.
 
"Biz o restoranı icarəyə vermişik və həmin hadisə 7-8 ay bundan qabaq baş verib. Şou göstərən xanım Ukraynadan dəvət alıb, orada davamlı olaraq belə şoular göstərilmir. Qeyd edim ki, artıq restorana tapşırıq vermişik ki, bir də belə hallar olmasın", - deyə Xəyal Rza bildirdi. 
 
 Bu gün yerli mətbuatda Azərbaycan Yazıçılar Birliyinin binasında  yerləşən "Hot Room Club" adlı gecə klubunda gənclərin erotik rəqs etmələri barədə məlumat yayımlanıb.  Həmin klubdan çəkilən video görüntülər də mediada yer alıbdır.  

 
Məsələyə hüquqi qiymət vermək üçün hüquqşünas Vəkil Bəşirova müraciət etdik. 
 
Onun fikrincə,  belə halların doğurdan da həmin restoranda baş verdiyi sübuta yetirilsə , bu zaman klub rəhbərliyi cinayət məcəlləsinin fahişəliyi təbliğ etmək maddəsi ilə 3 ildən 6 ilə qədər həbs oluna bilərlər. "Bu cür şouların göstərilməsi əslində doğru deyil və bizim milli dəyərlərə yaddır. Onu da qeyd edim ki, bu cür şoular ən çox məqsədli şəkildə həyata keçirilir. Əgər məqsəd və niyyət varsa qanunvericiliyə uyğun mühakimə olunmalıdır", - deyə vəkil bildirdi.
 
O, həmçinin klubda baş verən hadisələrin işıqlandırılması zamanı medianı da ehtiyatlı olmağa səslədi. Belə ki, bir sıra fotoların və videoların yayılması da fahişəliyin təbliği kimi  dəyərləndirilə bilər.
 
Gülnar Nazimqızı
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol