• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşaya yürüş olacaq

Şuşaya yürüş olacaq
15.05.2019 15:43
Siyasi fəal, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı yeni kampaniya təşkil edib.

"Ölkə.Az" Qaynarinfo-ya istinadən xəbər verir ki, o, öz "facebook" səhifəsində Azərbaycan xalqını Şuşaya yürüşə dəvət edib. 
Hacılı Qarabağ Günü elan etdiyi 8 iyun 2019-cu il tarixində saat 16:00-da hamının iştirakı ilə Horadiz şəhərində toplanıb Şuşaya yürüş hərəkatının əsasını qoymağa çağırır.

"Facebook"da "Evə qayıdırıq!" adlı event və həştaq  (#eveQayidiriq!) sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Artıq "Youtube"də də"Azərbaycanlılar Qarabağa Gedir!” başlığı ilə vətəndaşlara çağırış videosu da yerləşdirilib. 

Məsələnin mahiyyətini öyrənmək üçün Ramin Hacılı ilə əlaqə saxladıq. O, qaynarinfo-ya açıqlamasında bildirib ki, yürüşün məqsədi dünyaya və özümüzə Qarabağ üzərindəki haqqımızı və bunun uğrunda hərəkətə keçməyə qadir olduğumuzu sübut etməkdir.

"9 may günü ermənilərin Şuşadakı əyləncələri və Ermənistan Prezidenti Nikol Paşinyanın bu bayram tədbirindəki yallı rəqsinin videosunu izlədim.

Özlərini qalib kimi,  Qarabağın sahibi kimi aparmaları hər bir azərbaycanlı kimi məni də narahat etdi. Düşündüm ki, hansısa istiqamətdə bunun əksini sübut etməliyik. Onlar qalib, biz isə məğlub deyilik. Biz Qarabağı istəyirik. Sadəcə hansısa səbəblərdən, xüsusən də beynəlxalq səbəblərdən Qarabağ bu gün onların nəzarəti altındadır. Qərara gəldik ki, insanlara çağırış edək və Azərbaycan xalqı sübut etsin ki, biz Qarabağı istəyirik, Qarabağ bizim evimizdi, bizdən alınıb, oradan çıxarılmışıq, bu reallıqla barışmırıq, barışmaq fikrində də deyilik. Çox təəssüflər olsun ki, artıq 25 ildir atəşkəs rejimidi. Və bu müddət ərzində Azərbaycan xalqı heç vaxt kütləvi şəkildə hərəkət edib, bu ideyasını, məqsədini bəyan etməyib. Bunu bəyan etmək üçün Füzuli rayonunun Horadiz şəhərinə toplanmaq üçün çağırış etdim. Və əminəm ki, bu çağırışa çox ciddi reaksiya olacaq.

İnanıram ki, insanlarımız ən həssas mövzu olan  və özünün natamamlıq kompleksinə səbəb olan Qarabağ itkisi ilə razılaşmayıb, "Evə qayıdırıq!" kampaniyasına qoşulacaq və birlikdə hərəkətə keçəcəyik".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol