• $
  • €
  • ₽
  • ₺
  • £

40 ton Azərbaycan kartofunu Rusiyaya buraxmadılar

40 ton Azərbaycan kartofunu Rusiyaya buraxmadılar
28.05.2020 20:13

Rusiyanın "Rosselxoznadzor” (kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət idarəsi) təşkilatının Dağıstan Respublikası üzrə idarəsinin mütəxəssisləri "Yaraq-Qazmalar” avtomobil keçid məntəqəsində Azərbaycandan gətirilən 40 ton kartofu saxlayıblar.

Virtualaz.org Dağıstan mətbuatına istinadən xəbər verir ki, mayın 14-də Azərbaycanda iki yük maşınından birinin sürücüsü yükü müşayiət edən sənədləri təqdim edə bilməyib. Mövcud olmayan sənədlərdən fitosanitar sertifikatın adı çəkilir ki, bu da, mənbəyə əsasən, daşınan məhsulun keyfiyyətini və təhlükəsizliyini sübut edən əsas sənəddir.

Digər maşının yükündən laborator analizlərin aparılması üçün nümunələr götürülüb. Analizin nəticələri göstərib ki, kartofda zərərvericilər mövcuddur.

Sənədlərin yoxluğu və zərərvericilərin müəyyənləşdirilməsi üzündən 40 ton kartofun Rusiyanın ərazisinə keçirilməsinə icazə verilməyib. Bundan əlavə, təhlükəli kənd təsərrüfatı məhsullarının ölkə ərazisinə keçirilməsinə cəhdə görə yüklərin sahibləri barəsində inzibati xəta protokolları tərtib olunub.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol