• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfirliyi azərbaycanlılara müraciət etdi: “Ehtiyatlı olun”

ABŞ səfirliyi azərbaycanlılara müraciət etdi: “Ehtiyatlı olun”
29.05.2020 07:04
Saxta elektron poçt və məktubların müəllifləri "GreenCard” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər
ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci il üçün Viza Lotereyası proqramının (GreenCardVisa) ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
Sputnik Azərbaycan diplomatik nümayəndəliyin məlumatına əsasən xəbər verir ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri "GreenCard” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.
"Bundan əlavə, yerli viza təşkilatları Viza Lotereyasına daxil etmək məqsədi ilə Sizdən şəxsi məlumatları almaq üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "GreenCard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir” – səfirliyin bəyanatında deyilir.
Diplomatik nümayəndəlikdən bildirilib ki, ərizəçilər bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunu hesab edirlərsə və yaxud fırıldaq məqsədi ilə onlara müraciət olunubsa, "Facebook” səhifəsi vasitəsilə və yaxud [email protected] poçt ünvanına müraciət etməklə səfirliyə məlumat versinlər.
Bundan başqa, yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə heç kimə ödəniş etmədən ərizəni yoxlamaq olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol