• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell ADA Universitetinin tələbələri üçün master- klass təşkil edib

Azercell ADA Universitetinin tələbələri üçün master- klass təşkil edib
16.05.2019 17:12
Ölkəmizin aparıcı universitetləri ilə əməkdaşlıq edən, ali təhsil mərkəzlərinin maddi-texniki bazasının zənginləşdirilməsinə yardım göstərən "Azercell Telekom” MMC mütəmadi olaraq gəncləri maraqlandıran sahələr üzrə master-klasslar keçirir.
 
Anews.az xəbər verir ki, növbəti belə tədbir ADA Universitetinin tələbələri üçün təşkil olunub. Azercell-in Baş Ofisində keçirilən master-klassda  ADA Universitetinin sonuncu kurs tələbələri iştirak edib.  Azercell-in İstehlakçı Seqment Biznes Strukturu, "CRM” bölümünün rəhbəri  Emil Əmirov, İstehlakçı Seqment Biznes Strukturu, Biznesin təhlili bölümünün aparıcı mütəxəssisi Zaur Hüseynov və Korporativ Seqment Biznes Strukturu, Məhsul və Xidmətlər bölümünün mütəxəssisi Rüfət Qafarov tələbələrlə görüşərək, məhsulun yaradılması, biznes təhlili və analizi kimi vacib mövzularla bağlı öz zəngin təcrübələrini bölüşüblər. Həmçinin İnsan Qaynaqları departamentinin mütəxəssisləri tərəfindən iştirakçılara gənclərin peşəkar və fərdi fəaliyyətini dəstəkləmək məqsədilə yaradılan yeni "Azercell-Lab"- ödənişli təcrübə proqramının başlanması ilə bağlı məlumat təqdim olunub. Belə ki, Azercell iyul ayının 1-dən etibarən bakalavr və magistr tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq tamamlamış gənclərə "İT-Lab" və "Biznes-Lab" inkubasiya mərkəzləri vasitəsilə peşəkar mühitdə karyera qurmaq imkanları, şirkət tərəfindən həyata keçirilən layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətləri yaradır. Məruzəçilər sonda iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

 "Azercell Telekom” MMC təhsilə və gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşıb. Bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə öz töhfəsini verib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol