Bakının bu ərazisində 4 nəfəri ilan sandı

Bakının ətraf kəndlərindən 4 nəfəri ilan sancıb.
Onun sözlərinə görə, Azərbaycanda aprel-may aylarında 11 nəfəri ilan sancıb: "İlan sancması ilə bağlı aprel ayında 6, may ayının əvvəllərində isə 5 müraciət daxil olub. Ümumiyyətlə isə müraciətlər zəhərli gürzə, əqrəb, hörümçəyin növü olan qara qurdla bağlı olur. Əqrəb sancması ilə bağlı aprel ayında3, mayda isə 1 müraciət daxil olub. Qara qurd sancması ilə bağlı müraciət daxil olmayıb”.
Baş toksikoloq onu da bildirdi ki, ilan sancmaları Bakı ətrafı kəndlərdə və regionlarda baş verib: "Sancmalarla bağlı bizə müraciət edənlərdən 2 nəfər Ağcabədi və Hacıqabuldan rayonundan, digər 4 nəfər Bakının ətraf kəndlərindəndir. May ayında isə Tovuzdan 18 yaşlı gənc, Bərdədən bir nəfər ilan sancması ilə bağlı müraciət etmişdi”.
A.Maqsudov sahələrdə çalışan insanlara diqqətli olmağı çağırır: "Əsasən kənd təsərrüfatı işləri ilə məşğul olan insanlar, meşəyə, çay kənarına çıxanlar diqqətli olsunlar. Rezin əlcəklər, uzunboğaz çəkmələr geyinmək lazımdır. Əgər hadisə baş veribsə, mütləq zədələnən ətrafları hərəkətsiz vəziyyətə gətirmək lazımdır. Həmin yeri yodla silmək lazımdır. Mütləq yaxınlıqda olan tibb müəssisəsinə gedib, müayinədən keçərək zərdab vurdursunlar”.
www.anews.az
Anews.az xəbər verir ki, bunu News24.az-a açıqlamasında baş toksikoloq, Bakı Şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib.
Baş toksikoloq onu da bildirdi ki, ilan sancmaları Bakı ətrafı kəndlərdə və regionlarda baş verib: "Sancmalarla bağlı bizə müraciət edənlərdən 2 nəfər Ağcabədi və Hacıqabuldan rayonundan, digər 4 nəfər Bakının ətraf kəndlərindəndir. May ayında isə Tovuzdan 18 yaşlı gənc, Bərdədən bir nəfər ilan sancması ilə bağlı müraciət etmişdi”.
A.Maqsudov sahələrdə çalışan insanlara diqqətli olmağı çağırır: "Əsasən kənd təsərrüfatı işləri ilə məşğul olan insanlar, meşəyə, çay kənarına çıxanlar diqqətli olsunlar. Rezin əlcəklər, uzunboğaz çəkmələr geyinmək lazımdır. Əgər hadisə baş veribsə, mütləq zədələnən ətrafları hərəkətsiz vəziyyətə gətirmək lazımdır. Həmin yeri yodla silmək lazımdır. Mütləq yaxınlıqda olan tibb müəssisəsinə gedib, müayinədən keçərək zərdab vurdursunlar”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























