• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "Facebook" istifadəçilərinin Nəzərinə

Azərbaycanda "Facebook" istifadəçilərinin Nəzərinə
29.05.2020 04:04

Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçiləri "Facebook" kontentinə sürətli və keyfiyyətli çıxış əldə edəcəklər. 

Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.Onun sözlərinə görə, bu, Azərbaycanda dünyanın ən iri magistral operatorlarından biri olan "Level 3 Communications"ın kontentin çatdırılması şəbəkəsinin (CDN - Content Delivery Network) işə salınmasından sonra mümkün olacaq. "Level 3" şəbəkəsində "Facebook"un bütün kontenti keşlənir ki, bu da sosial şəbəkəyə daha sürətli və keyfiyyətli çıxış əldə etmək istəyən abonentlərin sorğusunu qarşılayır. 

Mənbə qeyd edib ki, "Level 3 Communications" birinci səviyyəli provayderdir: "Onun sərəncamında dünyada məlumatın ötürülməsi üzrə ən iri magistral kanal şəbəkələrindən biri yerləşir. Azərbaycanda ilkin mərhələdə 10 giqabitlik server yerləşdiriləcək. 3 ay ərzində onun yüklənməsi 50 faizə çatarsa, şəbəkənin gücü artırılacaq. Bu istiqamətdə işləri ilin sonunadək reallaşdırmaq planlaşdırılır". 

Azərbaycanda "Level 3" kontentin çatdırılması şəbəkəsi əlavə ötürmə qabiliyyətini təmin edəcək, magistral şəbəkələrdə və serverdə yüklənməni azaldacaq, kontenti son istifadəçiyə yaxın yerləşdirməyə imkan verəcək.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol