• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək

“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
17.05.2019 16:24
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti eşitmə məhdudiyyətli gənclər arasında keçirilən futzal üzrə ənənəvi "Yaz turniri”nə növbəti dəfə dəstək göstərib.

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman sarayında keçirilmiş futzal turnirində "Bakı”, "Azəri”, "Zirvə”, "Şimşək” və "Ümid” komandaları mübarizə aparıb.

Turnirin nəticəsi olaraq, "Azəri” komandası birinci, "Şimşək” komandası ikinci, "Zirvə” komandası isə üçüncü yeri tutub. "Azəri” komandasının üzvü Rabil Şabanov ən yaxşı qapıçı, "Şimşək”dən Ümid İbrahimov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu "Azəri” komandasının üzvü Rəvan Muxtarlı olub.
Özünün genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Bakcell şirkəti Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərməyə və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirməyə davam edəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol