• $
  • €
  • ₽
  • ₺
  • £

“Ege Hospital”da yeni böhran - Türkiyəli həkimlər Azərbaycanı tərk edir

“Ege Hospital”da yeni böhran - Türkiyəli həkimlər Azərbaycanı tərk edir
17.05.2019 16:29
Bakıda fəaliyyət göstərən məşhur "Ege” Hospitalda rəhbərliklə həkimlər arasında yeni böhran yaşanır. 
 
Anews.az xəbər verir ki, bu barədə Bakupost.az-a daxil olan məlumatda bildirilir ki, ötən il təmtəraqlı şəkildə rebrendinq edən və adını "Grand” Hopsitaldan "Ege” Hospitala dəyişən xəstəxanada işləyən türkiyəli həkimlər Azərbaycanı tərk etməyə başlayıb. 
 
Bildirilir ki, bir il əvvəl böyük ümidlərlə adını dəyişən və demək olar, bütün yerli kollektivi qalmaqallı şəkildə işdən qovaraq xəstəxanaya türkiyəli mütəxəssisləri dəvət edən rəhbərlik, reklam kampaniyalarına böyük büdcələr ayırsa da, gözlədikləri nəticələri ala bilməyiblər. 
 
Adının "Grand” Hopsital olduğu dönəmdə müəmmalı ölüm faktlarının ardıcıl şəkildə ictimailəşdiyi xəstəxana bu mənfi reputasiyasını tamamilə unutdurmaq üçün inqilabi addım atmış, xəstəxananın adını dəyişmiş, onlarla azərbaycanlı həkimi işdən heç bir xəbərdarlıq etmədən bir həftənin içərisində işdən uzaqlaşdırəb, onların yerinə Türkiyədən mütəxəssislər dəvət etmişdi. Bu dəyişimlə eyni zamanda da böyük bir reklam kampaniyasına start verən, hətta tanınmış aparıcı Hacı Nuranı belə qalmaqallı formada özlərinin reklam simasına çevirən xəstəxana rəhbərliyinin ümidləri isə özünü doğrultmayıb. 
Əldə etdiyimiz məlumata görə, xəstəxanada işləyən türkiyəli həkimlərin Azərbaycanda işləmək icazə almaqda çətinliklər yaşaması və zaman-zaman rəhbərliklə yaşadıqları maliyyə problemləri onları ölkələrinə qayıtmağa sövq edib. 


Türkiyəli həkimlərin ölkələrinə qayıtmaqlarının bir səbəbi kimi də onlara verilən böyük vədlərin yerinə yetirilməməsi göstərilir. Bildirilir ki, xəstəxananın rəhbərliyi həkimlərə yüksək maaşlar vəd edib Azərbaycana dəvət etsə də, bir müddət sonra bu vədlərini yerinə yetirməkdə çətinlik çəkməyə başlayıblar. Bunun səbəbi kimi isə klinikadakı fantastik qiymətlər göstərilir. Bildirilir ki, Azərbaycan standartlarında həddən artıq yüksək qiymətlərin təklif edildiyi bu xəstəxanada müraciət edənlərin sayı da xəstəxana rəhbərliyinin gözlədiyi qədər olmayıb. Buna görə də bir müddət sonra maliyyə problemləri yaşanmağa başlayıb. 


Mənbəmiz onu da əlavə edir ki, "Ege” Hopsitalın rəhbərliyi artıq büdcələrini kiçilməklə bağlı addımlar atmağa başlayıb. Bildirilir ki, xəstəxana türkiyəli həkimlərin böyük əksəriyyəti ilə vidalaşıb, lakin türkiyəli həkimlərin hamısı göndərilməyib. Yenidən ad dəyişikliyinə getməmək üçün türkiyəli bəzi həkimlərlə xəstəxanada işləməyə davam edəcək. Onlarla paralel şəkildə yerli həkimlər də xəstəxanaya cəlb edilir.(qaynarinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol