Zaqatalada ilk startap turu keçirilib

Zaqatala şəhərində "I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində ilk startap turu keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Anews.az-a verilən məlumata görə, startap turuna Zaqatala ilə yanaşı, Qax, Balakən, Biləsuvar, Zərdab, Ağcabədi, Oğuz, Ağdam və Şəki şəhərlərindən 100-dən çox iştirakçı qatılıb.
Mütəxəssislərdən ibarət münsiflər Zaqatala şəhəri üzrə I, II və III yerlərin qaliblərini müəyyənləşdiriblər.
Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq "Səyyar kinoteatr”, "Tourism Education Center” və "Events Under Stars” layihələri layiq görülüb. Tədbirin yekununda qaliblər təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılıblar.
Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək "Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























