"Atəşgah məbədi” Qoruğunda festival keçiriləcək

Mayın 18-i, saat 11:00-da "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda "Art Festival" keçiriləcək.
Anews.az ONA-ya istinadan məlumatına görə, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçirilən festivalda qədim xalq-sənət növləri - xalçaçılıq, dulusçuluq, armudu stəkanların üzərində milli ornamentlərin çəkilişi nümayiş olunacaq.
Festivalda yerli sənətkarların əl işlərindən ibarət xalq sənət yarmarkası da təşkil olunacaq.
Tədbir saat 17:00-a qədər davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























