• $
  • €
  • ₽
  • ₺
  • £

Müsəlman olan erməni haqqında ŞOK FAKTLAR - VİDEO

Müsəlman olan erməni haqqında ŞOK FAKTLAR - VİDEO
17.05.2019 21:40
Türkiyənin ATV kanalında professor Nihat Hatipoğlunun aparıcılığı ilə yayımlanan dini verilişdə 12 may tarixində "Kəlimeyi-Şəhadət" gətirərək müsəlman olan 13 yaşlı erməni əsilli Artur Y.-nın anası Alina Y. olaya reaksiya verib.
Milli.Az xəbər verir ki, Alina bu hadisədən xəbəri olmadığını açıqlayıb və verilişin aparıcısına etirazını bildirib.
Ermənistanın "Lurer.com" saytına müsahibə verən Alina bildirib ki, oğlu müsəlman olmayıb: "Biz erməniyik. Xristianıq. Mən bilsəydim, özüm övladımın yanına gedərdim. Amma bilmirdim. Mağazada işləyirəm. Anidən xəbər gəldi. Artur 13 yaşlı saf bir uşaqdır. Suriyalı dostu "gəl birlikdə canlı yayımda danışaq, sonra bizə hədiyyələr verəcəklər, onlarla da oturub yemək yeyərik" deyib. O da saflığına vurub onunla gedib. Uşaqdır o, səhv edib. O, müsəlman olmayıb, sünnət olmayıb".
Nihat Hatipoğlu isə məsələ ilə bağlı ilk açıqlamasını verib. Professor bildirib ki, 13 yaşlı uşaq öz tələbi və ailəsinin razılığı ilə müsəlman olduğunu deyib:
"Sözügedən insan haqqında mənə yayımdan öncə bilgi verdilər. Mən də uşağın ailəsinə zəng edib razılıqlarını almasını dedim. Əməkdaşlarımız uşağın anasına və ögey atasına zəng edərək uşaqlarının müsəlman olmaq istədiyini çatdırıb. Hürr iradəsi ilə bir dəliqanlı proqrama gəlib. Ana və atası da razılığını verib. Lakin onlar qınaqlara tab gətirməyib sonradan sözlərini dəyişdiriblər. Bəzi insanların qınaqları, qonşuların təzyiqi ailənin qərarını dəyişməsinə səbəb olub. Mən isə burada vəzifəmi icra etmişəm. Mənim hədəfim İslamı göstərmək. İslamın təmiz üzünü göstərmək. İllərdir ki, uğurla davam etdirdiyim verilişlərim var. Uğurumu gözü götürməyən, qaralamaq istəyənlər də var. Buna icazə verə bilmərəm. İslam ənənəsində müsəlman olmaq istəyən bir uşağa rədd cavabı verə bilməzsiniz. Hörmətsizlik olar. Bəzi insanlar kinini, nifrətini axıdacaq yer axtarır. Verilişimi həzm etməyən və qısqanc insanlar çoxdur".
Hatipoğlu mübahisələrdən sonra Türkiyə ermənilərinin patriarxı Aram Atəşyan ilə görüşdüklərini qeyd edib: "Bundan sonra öhdəmizə düşən müsəlman olan uşağın ailəsinə dəstək olmaqdır. Onlara dəstək verməliyik. Erməni vətəndaşlarımız ölkəmizin dəyərli vətəndaşlarıdır. Birlikdə hərəkət etməyə davam edəcəyik. Aram Atəşyanla müsbət nəticələnən görüş keçirdik".
Aram Atəşyan da öz növbəsində məsələ ilə bağlı mövqeyini açıqlayıb:
"Fransız Sarayında verilən iftar yeməyində hüquqşünas Kəzban Hatəmi ilə müzakirələr apardıq. O, bu hadisənin yanlış olduğunu və durumu Nihat Hatipoğlunun diqqətinə çatdıracağını dedi. Professor bu gün bizimlə əlaqə yaradıb mövqeyini bildirdi. Nihat Hatipoğlu qeyd etdi ki, həmin uşaq verilişə öz istəyi ilə gəlib. Anasının da xəbəri olub. Məqsəd xristian dinini və erməniləri alçaltmaq deyilmiş. Bu vəsilə ilə biz də öz mövqeyimizi professora çatdırdıq.
1.Öncəliklə, 13 yaşlı uşaq yetkin deyil və din dəyişdirmək haqqında qərar verə bilməz.

2. Bu mahiyyətdə veriliş sadəcə dini təxribat təəssüratı yaradır. Vicdan azadlığı ilə üst-üstə düşmür.
3. Anası razılıq versə belə, uşaq dinini dəyişdirə bilməz. Əgər uşağın atası yoxdursa, təkcə anası varsa, anasının da müsəlman olması vacibdir. Əgər uşağın atası varsa və müsəlmandırsa, uşaq da avtomatik olaraq müsəlman hesab olunur. Dolayısı ilə bu yayım öz-özlüyündən mənasını itirər.
4. Biz Erməni Rəsuli Kilsəsi olaraq 18 yaşdan böyük şəxsləri belə xristianlığa qəbul etmirik. Qəbul etsək belə, ailəsini çağırıb yazılı icazəsini alırıq. Ona qəbul etdiyi din haqqında məlumatlı olması üçün 6 ay ruhani və mənəvi hazırlıq müddəti verilir.
5. Bütün dinlərə hörmətimiz var. Sizlərin də dinə hörməti olmasından şübhə duymuruq. Televiziyalarda bunları reytinq vasitəsi kimi istifadə etdiyinizə üzülürük". (publika.az)
 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol