• $
  • €
  • ₽
  • ₺
  • £

Şadlıq sarayları ilə bağlı təklif - VİDEO

Şadlıq sarayları ilə bağlı təklif - VİDEO
15.09.2014 21:24

Toy sahibləri ilə sahibkarlar arasında müqavilə bağlanacaq

Toy sahibləri ilə sahibkarlar arasında müqavilə bağlanacaq.

ANS TV-nin məlumatına görə, toylarda israfçılığın qarşısının alınması üçün toy sahibləri ilə sahibkarlar arasında müqavilə bağlanması təklif olunur. Belə olan halda baş verəcək qanunusuzluqlarında qarşısını almaq mümkün olacaq. 

Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə hazırlıqlar həyata keçirilməyə başlanılıb. Amma bu hələki təklifdir. Gələcəkdə isə bu təklifin reallaşdırılması mümkün ola bilər. Hazırda şadlıq saraylarında sifarişlər toy sahibi ilə sahibkar arasında olan razılıqla baş tutur. Amma bu razılıq rəsmi şəkildə olmur. 

Komitənin Texniki standartlaşdırma şöbəsinin baş məsləhətçisi Əkbər Əliyev deyirki şadlıq evi rəhbərliyinə yemək çeşidi və standart menyu qiymətinin, toy ərəfəsi bir qədər artması kimi iradlar tutulanda çox vaxt sahibkarlar bunu toy sahibinin arzusu ilə etdiklərini deyirlər. Belə hallarda müqavilənin bağlanması standartda öz əksini taparsa, məcburi tələb olarsa və bu müqavilənin şərtləri pozularsa, belə olan halda sahibkarı məsuliyyətə cəlb etmək olar.

“Bəzən elə yeməklər verirlərki adam özü dəhşətə gəlir. Axı bu qədər yemək nəyə lazimdir. O qədər israfçılığa yol verirlər. Biz dediyimiz kimi olsa o zaman bu məcburi qaydada həyata keçirilə bilər. Konkret menyu təklif oluna bilər”-deyə Əkbər Əliyev vurğuladı. 

Komitə tərəfindən aparılan yoxlamalar zamanı cari ilin 7 ayı ərzində aparılan monitorinqlər nəticəsində 75 şadlıq sarayında standartların tələblərinin pozulması faktları aşkar olunub. Ərzaq məhsullarının qəbulu, onların saxlanılması və həmin məhsullardan götürülən analizlərin cavabları mənfi olduğundan həmin şadlıq sarayları barəsində tədbirlər götürülüb. Komitədən onu da bildirdilərki şadlıq sarayları ilə bağlı monitorinqlər davam etdiriləcək.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol