• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq icra başçısının oğlu və qardaşının ölüm səbəbi açıqlandı

Sabiq icra başçısının oğlu və qardaşının ölüm səbəbi açıqlandı
19.05.2019 18:01
Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar aydınlaşıb.


Anews.az xəbər verir ki, sabiq icra başçısının oğlu Hünər Rzayev qəbul etdiyi dərman həblərinin təsiri nəticəsində dünyasını dəyişib. Belə ki, H.Rzayevin səhhətində bir müddət imiş ki, problemlər yaranıbmış və o, mütəmadi ağrıkəsici dərmanlar qəbul edirmiş. Bir neçə gün əvvəl o, normadan artıq ağrıkəsici qəbul edib və kimyəvi tərkibli həblərin orqanizmə təsiri nəticəsində komaya düşüb. Bakıdakı xəstəxanalardan birinə çatdırılsa da, Hünər Rzayevin həyatını xilas etmək mümkün olmayıb.


H.Rzayevin vəfat etdiyi gün, onun Lənkəranda yaşayan əmisi, rayonun sabiq icra başçısı Yaşar Rzayevin qardaşı Namiq Rzayev insult keçirib. O, Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada vəfat edib.


Hünər Rzayev xeyli müddət Vergilər Nazirliyində çalışıb. Keçən il vergilə naziri Mikayıl Cabbarovun işdən çıxarılmasına qərar verdiyi 64 nazirlik əməkdaşı arasında o da olub. Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışan Hünər Rzayev işdən kənarlaşdılıb. 


Qeyd edək ki, Yaşar Rzayev uzun illər Lənkəranda rəhbər vəzifələrdə çalışıb və 2003-cü ilədək rayonun icra başçısı vəzifəsini tutub.


(Publika.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol